MN: Yolu azaraq Ermənistana keçən iki hərbçimiz geri qaytarılıb
Dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Teymur Ələddin oğlu Hüseynov və əsgər Murad Mikayıl oğlu Mustafayev əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunmuşdur.