Bağçaların yenidən Təhsil Nazirliyinə verilməsi… – Təhsil ekperti
“Hesab edirəm ki, bağçaların yenidən Təhsil Nazirliyinə verilməsi olduqca vacib idi”.
Bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov Prezident İlham Əliyevin uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı sərəncamını şərh edərkən deyib.
Ekspert ümümilikdə prezidentin uşaq bağçalarını yenidən nazirliyin balansına verməsini müsbət qiymətləndirdiyini vurğulayıb:
“Bu ilk növbədə ona görə vacib idi ki, bağçalar artıq təhsilin bir pilləsi olaraq qəbul edilməlidir. Burada maddi-texniki baza, tədris resursları, təəssüf ki, orta məktəblə ziddiyət təşkil edir. Yeni qərara əsasən, Bakı və Gəncə şəhərləri istisna olmaqla digər bütün rayonlar və şəhərlərdə olan uşaq bağçaları Təhsil Nazirliyinə veriləcək”.
Kamran Əsədov hesab edir ki, bu, təhsilin daha əlçatan olmasına, eyni zamanda bağçalara qəbulun daha şəffaf və mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə gətirib çıxardacaq:
“Biz bilirik ki, uşaq bağçalarında işləyən və şagirdlərin təlim-tərbiyyəsi ilə məşğul olan şəxslər bir çox hallarda təhsilli deyildi. Bundan sonra bu sahədə şəffaflıq müşahidə edəcəyik”.
Qeyd edək, Prezident İlham Əliyevin sərəncamı ilə uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verilib. /qaynarinfo