Mask şantaja boyun əymədi – Ərdoğan
Türkiyə əleyhinə lobbilərin şantaj və təzyiqlərinə boyun əymədiyi üçün İlon Maskı və “Speys X”i təbrik edirəm.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan “Türksat 5B” süni peykinin orbitə buraxılması ilə bağlı açıqlamasında deyib.
“Peykimiz 42 dərəcə şərq orbitində xidmət edən və televiziya yayımının yükünü daşıyan “Türksat 3A” və “Türksat 4A” peyklərinin ehtiyat nüsxəsi olacaq. Ümid edirəm ki, “Speys X” ilə kosmik tədqiqatlar sahəsində birgə uğurlu işlərimiz bundan sonra da davam edəcək. Bizə bu qürur hissini yaşadan hər kəsə öz adımdan, ölkəm və millətim adından təşəkkür edirəm”, – Ərdoğan bildirib.