“Bu, Rusiyaya baha başa gələcək” – Moskvaya Gürcüstan mesajı
NATO baş katibi Yens Stoltenberq Rusiyaya qarşı ayıq-sayıq olmaq və gərginliyin artmasına yol verməmək barədə Gürcüstanla həmfikir olduqlarını bildirib.
Stoltenberq Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitində iştirak etmək üçün Brüsseldə səfərdə olan Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransı keçirib.
Rusiyanın Qara dənizdəki sabitliyi pozan fəaliyyətlərini müzakirə etdiklərini bildirən Stoltenberq qeyd edib:
“Gürcüstanla ayıq qalmaq və gərginliyi artırmamaq barədə həmfikirik. Rusiyanın hər hansı mümkün hücumu ona baha başa gələcək və Rusiya üçün ciddi iqtisadi və siyasi nəticələrə səbəb olacaq”.
Rusiyanın Gürcüstana qarşı çıxması və Ukraynanın NATO-ya üzvlüyünə gəlincə, Stoltenberq deyib ki, iki namizəd ölkənin öz tərəfini seçmək hüququ var, Rusiyanın isə bu seçimi diktə etmək hüququ yoxdur.
“Biz dənizdən dəstək, birgə təlimlər və məlumat mübadiləsi vasitəsilə Gürcüstanın müdafiə qabiliyyətini gücləndirməyə çalışırıq”, – Stoltenberq bu ölkənin son illərdə NATO missiyalarına verdiyi töhfələri yüksək qiymətləndirib.
NATO-nun Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyin hazırkı çətin geosiyasi şəraitdə çox vacib olduğunu vurğulayan Qaribaşvili söyləyib:
“Müharibə şəraitində sınaqdan keçmiş tərəfdaş olaraq, sonu üzvlüklə nəticələnəcək əməkdaşlığın dərinləşdirilməsini səbirsizliklə gözləyirik”.