Aşağı Güzdək qəsəbəsində torpaq sənədləri kimlərin əli ilə və necə saxtalaşdırılır – ŞİKAYƏT

 

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi sakini, Əsədov Abı Əsəd tərəfindən mətbuat vasitəsi ilə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova, ƏN-nin Bələdiyyələrlə İş Mərkəzinin müdiri R.Məmmədova və digər aidiyyatı dövlət orqanlarına Abşeron rayonu, Aşağı Güzdək qəsəbə Bələdiyyəsinin sədrinin qanunsuz əməllərindən, özbaşnalığından, şikayət məktubu ünvanlanıb.

Aktualinfo.org vətəndaş Abı Əsədovun sözügedən şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırır. Şikayətçi yazır ki:

Çox hörmətli cənab Prezident İlham ƏLİYEV        

Xatırladım ki, mən  iddiaçı olaraq 2015-ci ildə tərəfimdən cavabdeh Abşeron rayon Aşağı Güzdək Bələdiyyəsinə qarşı “Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istifadəmdə olan 0.08 ha torpaq sahəsinin hərrac keçirmədən satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbimə” dair iddiam təmin edilmiş və bunun əsasında istifadəmdə olan 0.08ha torpaq sahəsinə dair çıxarış almışdım. Lakin aradan keçən 4 ildən sonra qonşularım olan və  inzibati mübahisəyə  üçüncü şəxs kimi əsassız qəbul edilən Almazov Ariz Qaydar oğlu və Dostəliyev Şahin Vəfalı oğlu tərəfindən verilən ərizə əsasında yenidən baxilması üçün Azərbaycan Respublikası Sumqayıt İnzibati Məhkəməsinə 2019-cu ildə müraciət etmişlər.

 Məhkəmə, sədrlik edən hakim Ceyhun Məmmədov Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68,69,81.1 və 85.1-cı maddələrinə əsasən işə  baxaraq iş üzrə 07.09. 2020-ci il tarixli, iş N-2-1(118)-1/2020 saylı qanunsuz və əsassız qərar çıxararaq iddianı təmin etməmişdir. Həmin qəraradan verdiyim apellyasiya şikayətinə  Sumqayıt Apellyasiya məhkəmsidə xanım Hökumə Babayevanın icraatında baxılməş və əsassız qərar qüvvəsində saxlanılmışdır.

  Birinci instansiya məhkəməsi  iş üzrə qərar qəbul edərkən yalnız iddiaçının təqdim etdiyi sənədlərin az bir qisminə və yerli bələdiyyənin məhkəmə sorğusuna cavabından başqa  heç bir maddi sübutu nəzərə almamış, işdə olan 10 may 2019-cu il tarixli mütəxəssis rəyini, və digər mötəbər sübutlara qiymət vermədən, araşdırma aparmadan əvvəlcədən gizli sövdələşdiyi iş üzrə üçüncü şəxslərin sifarişi əsasında iddia tələbim əsassız olaraq  təmin edilməmişdir.

Belə ki,  Mən, Sumqayıt İnzibati-İqtsadi məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2-1(85) 214/2015 saylı qərarı əsasında qanunamüvafiq olaraq uzun illər istifadə etdiyim 0.08 ha ərazini yerli bələdiyyə sənədlərinə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin plan və ölçüsü təsdiqləndiqlənmiş və uyğun olaraq RX seriyalı, 1030244 nömrəli çıxarış almışam. Lakin bütün bunlara baxmayaraq qonşum olan Dostəliyev Şahin Vəfalı oğlu uzun illərdir ki, mənim mülkiyyətimdə olan 0.08 ha torpaq sahəsini qanunsuz yollardan istifadə etməklə, zorakılıqla zəbt etməyə çalışmış və buna qismən də olsa faktiki  nail olmuşdur. Yəni, o mənə məxsus mülkiyyətimdə olan ərazinin 0.03 ha hissəsini  Ariz Qaydarov adlı birisinə 28 fevral 2014-cü il tarixli etibarnamə əsasında  saxta sənədlər təqdim etməklə  6500 manata satmışdır. Və mənə məxsus torpağı öz adından qanunsuz satdığı üçün Sumqayıt İnzibati-İqtsadi məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2-1(85) 214/2015 saylı qərarından ləğv etdirmək  sövdasına düşmüş

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli qərarından bir müddət sonra hazırkı iş üzrə 3-cü şəxs qismində işə cəlb olunmuş Ariz Almazov və Şahin Dostəliyev narazı qalaraq apellyasiya və kassiaiya şikayətləri vermişlər və nəticədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli qərarı ləğv edilmişdir.”

Məhkəməyə etibarnamə əsasında mənə məxsus torpağı Ariz Qaydarova satdığına görə onu da 3-cü şəxs kimi Şahin  Dostəliyev  və Ariz Almazov məhkəməyə cəlb edilmişlər.  Onların məhkəmədən əsas tələbi də budur ki. guya mənim mülkiyyətimdə olmuş 0.08 ha torpaq sahəsi Ş.Dostəliyevə məxsus olubmuş. Baxmayaraq ki, iddiaçı subyektiv hüququnun olmasıilə bağlı məhkəməyə heç bir sübutedici fakt təqdim etməmişlər. Lakin buna baxmayaraq məhkəmə yalnız tərəfin uydurduğu mülahizə əsasında qanunsuz və əsassız qarar çıxarmaqda maraqlı olmuşdur. Məlumat üçün bildirim ki, Ş.Dostəliyevin, nə də Ariz Qaydarovun mənim 2000-ci illərin əvvələrindən istifadəmdə olmuş bu yerə aidiyyatı olmamışdır. Və bu yerin əldə edilməsi üçün 11 may 2005-ci ildən Yerli bələdiyyəyə rəsmi ərizə ilə müraciət etmişdim.və 2007-ci ildən bu 0.08 ha ərazi Bələdiyyə tərəfindən bütün sənədlərlə birlikdə mənə rəsmən verilmişdir. Qonşum olan Ş.Dostəliyev də 1 il sonra,2006-cı ildə qonşuluqda yerli Bələdiyyədən 0.08 ha sahə almışdır. Lakin  o vaxtdan mənim istifadəmdə olmuş bu əraziyə də iddialı çıxış edərək guya ona məxsus olduğunu və əlində sənəd olduğunu bildirmişdir. Və o zorakılıla heç nəyə əhəmiyyət vermədən özünə qonşulqda ayrılan 0.08 ha bələdiyyə torpağıilə yanaşı  mənə verilən 0.08 ha sahənin 0.033 ha-nı zorakılıqla  yaxın adamı olan və hazırda 3-cü tərəf kimi çıxış edən Ariz Qaydarova  öz mülkiyyəti kimi savadı olmayan şəxsə aldadaraq qanunsuz  satmış və bircə 24 fevral 2014-cü il tarixli  saxta etibarnamə verməklə 6500 manat pulunu alıb mənimsəmişdir.

   Ariz Qaydarov da 2016-cı ildə bu yerdə özünə heç bir icazəsi olmayan qanunsuz ev tikmişdir. Baxmayaraq ki mən ona mənə məxsus olan ərazidə ev tikməyin mənasız olduğunu bildirsəm də o qoçu dəstəsinin köməkliyilə özü bənna olduğu üçün heç bir çağırışa məhəl qoymadan ev tikintisini davm etdirmiş və yaşamağa başlamışdır. Məhkəmənin gedişatı zamanı da onlar Ş.Dostəliyev və Ariz hakim Ceyhun Məmmədovun Aşağı Güzdək Bələdiyyəsinə göndərdiyi sorğuya cavabı özlərinə uyğun olan qaydada cavab yazdırmaq üçün yerli Bələdiyyə sədrilə gizli sövdələşmələr etmiş, maddi maraqlarını təmin etmişlər. Belə ki, yerli Bələdiyyə sədri  hakimin 18 may 2020-ci il tarixli sorğusuna 11 iyun 2020-ci il tarixində yazdığı cavabda bildirir: “ 2012-ci ildə sözügedən torpaq sahəsində Almazov A.Q. ev tikmiş və ailəsilə birlikdə həmin evdə yaşayır. Eyni zamanda həmin torpaq sahəsi torpaqların alqı-satqısına uyğun olaraq hərrac yoluilə Əsədovun mülkiyyətinə verilmişdir.”  Göründüyü kimi, Bəldiyyə sədri heç bir sübutedici fakta, sənədə, peyk görüntüsünə,şahid ifadəsinə əsaslanmadan Almazovun guya 2012-ci ildən guya bu torpaqda ev tikib yaşamasını yazıb əsassız olaraq aldığı rüşvətin müqabilində təsdiq etmişdir ki, vicdansız məhkəmə hakimi bu bələdiyyə sənədinə əsaslanaraq onların xeyrinə qərar qəbul etsin . Və belə də olur

 Halbuki, Ş.Dostəliyev tərəfindən bu yerin ona məxsusluğu bildirlərək 28 fevral 2014-cü ildə etibarnamə əsasında satılmış, lakin o bu torpağı sənədləşdirə bilmədikdə 2016-cı ildə zorakılıqla ev tikib yaşamağa başlamışdır. Bu barədə qonşuların tərtib etdikləri 20 iyun 2020-ci il tarixli AKT təqdim edilmiş və məhkəməyə təqdim edilsə də hakim bu sənədlə bağlı heç bir münasibət bildirməmiş, Aktı tərtib etmiş şəxslərin məhkəməyə dəvət edilməsilə bağlı verdiyim şifahi vəsatətə də münasibət bildirməmişdir. Hakim yalnız yerli bələdiyyənin və A.Almazovun söylədiyi mülahizəyə əsasən onun guya 2012-ci ildən ev tikib yaşadığını qərardadda qeyd etmişdir.

 Digər tərəfdən Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən 2014-cü ilin 14 iyul tarixli məktubndan göründüyü kimi, qeyd edilir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən ərazi Abı Əsədovun istifadəsində olmuşdur, Başqa heç bir tikili müəyyən edilməmişdir. Deməli hər üç rəsmi sənəd təsdiq edir ki, 2015-ci ilədək mübahisələndirilən ərazidə heç bir yaşayış evi mövcud olmamışdır. Və nəticəyə gəlirik ki, qarşı tərəf hakimin sorğusuna bu formada yerli bələdiyyə sədrindən cavab almaqla həmin mübahisələndirilən yerdə tikilmiş evin altındakı torpaq sahəsinin bələdiyyə tərəfindən onlara satılmasına hakimin verəcəyi əsassız  qərarı vasitəsilə nail olsunlar. Digər tərəfdən, 09 aprel 2015-ci il tarixli məhkəməyə təqdim etdiyim “İddia tələbinin dəqiqləşməsilə” bağlı Ərizədə göstərmişdim ki, 0.08 ha torpaq sahəsinin satılması öhdəliyi cavabdeh Aşağı Güzdək Bələdiyyəsinin üzərinə qoyulması barədə qəra qəbul edilsin.   Bələdiyyə sədri isə yenə də əsassız olaraq qeyd edir ki, guya bu torpaq mənə hərrac yoluilə satılmışdır.

   Ona görə də hesab edirəm ki, ya Ş.Dostəliyevin, ya da Ariz Almazovun mənim mülkiyyətimə 2015-ci ildə məhkəmə qaydasında verilmiş qərarından sonra onların burada zorakılıqla ev tikməsi qanunsuz olmuş və heç bir mülki və ya hüquqi əhəmiyyətə malik deyildir. Onlar yaxşı bilirdilər ki, bu yer mənim mülkiyyətimə verilib. Və onlara dəfələrlə xəbərdarlıq etməyimə – əlimdə olan 2015-ci il tarixli, 09 aprel tarixli məhkəmə qərarını göstərməyimə baxmayaraq yenə də qanunsuz olaraq 2016-ci ildə ev tikib indi də yaşayırlar. Ona görədə onlar məcbur olub yerli bələdiyyə sədrinin saxta və əsassız arayışı əsasında guya burada 2012-ci ildən ev tikib yaşamalarını təsdiq edən saxta blədiyyə sənədi əsasında istəklərinə nail olmuşlar. Ona görə hesab edirəm ki, Aşağı Güzdək Bələdiyyəsinin sədrinin aldığı rüşvət müqabilində Sumqayıt İnzibatı Məhkəməsinin hakimi Ceyhun Məmmədova təqdim etdiyi rəsmi cavab məktubu yenidən araşdırılaraq  məsuliyyətə cəlb edilməlidir.

Cənab Prezident, cənab nazir Fikrət Məmmədov və Bələdiyyələrlə İş Mərkəzinin sədri cənab Rəhman Məmmədov Sizdən xahiş edirəm ki, Abşeron raynu, Aşağı Güzdək Bələdiyyəsi sədrinin korrupsiya əməllərinin yerində araşdırılmasına və hüquqi qiymət verilməsinə göstəriş verəsiniz.

Onu da xüsusi qeyd etmək yerinə düşərdi ki, mübahisəli ərazidə 2016-cı ildən ev tikib yaşayan və 3-cü şəxs olan Ariz Almazov Qobustan rayonunda pasport qeydiyytındadır. Və bu şəxsin Aşağı Güzdək Bələdiyyəsindən torpaq almaq imkanı qanunvericiliklə tənzim olunmur.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password