Türkiyə Ermənistan üzrə xüsusi nümayəndə təyin edib

 

Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç ölkənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.

TRT-nin verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BƏƏ-yə səfəri zamanı bildirib.

Qeyd edək ki, hələ dekabrın 13-də Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələrində çıxış edən Mövlud Çavuşoğlu bildirib ki, Ermənistanla münasibətlərin normallaşması çərçivəsində bir sıra addımlar atılacaq.

Ermənistanla münasibətlərin normallaşdırılması addımları çərçivəsində xüsusi nümayəndələr təyin ediləcək. Xüsusi nümayəndələr iki ölkə arasında birbaşa dialoqu təşkil edəcək.

Bununla yanaşı, nazir İrəvana çarter reyslərinə başlanılacağını vurğulayıb.

Baş diplomatın sözlərinə görə, bütün addımlar Azərbaycanla birgə qəbul ediləcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password