Sumqayıt sakini oğlunun Türkiyədə təcili müalicə olunması üçün Prezidentə müraciət etdi

 

Sumqayıt şəhəri, 11-ci mik-rn, ev 2, mən 18-də yaşayan Abdurahmanova Günel Zakir qızı tərəfindən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Ailə, Uşaq və Qadın problemləri üzrə Dövlət Komitəsinə və digər aidiyyatı dövlət orqanlarına ağır qan xəstəliyi olan 15 yaşlı oğlunun təcili Türkiyədə müalicə olunması  üçün köməkliyin göstərilməsi barədə müraciət məktubu ünvanlanıb.

Aktualinfo.org vətəndaş Günel Abdurahmanova sözügedən müraciət məktubunu olduğu kimi diqqətinizə çatdırır. O,yazır ki:

Hörmətli Prezident və 1-ci vitse-prezident xanım Mehriban ƏLİYEVA!  Əvvəlcə bildirim ki, biz  ailəmizlə birlikdə Sumqayıt şəhərində yaşayırıq.  23 noyabr 2006-cı  il təvəllüdlü yeniyetmə oğlum Riad Ceyhun oğlunun halı qəfil pisləşməsi nəticəsində xəstəxanalara müraciət etmişdik. Analiz cavablarından sonra aydın olmuşdur ki, 15 yaşlı oğlumuz qan xəstəliyindən əziyyət çəkir. Və diaqnozu HEMOLYTİCO  UREMİK  SİNDROM (HUS) dur. 

Hələlik Xəstəxanaya da ( hazırda müalicə aldığı “Medical Hospitala da rüsum haqqı kimi 11000 manat kassaya vermişik 5 gün müalicə üçün. Biz evdə qiymətə gedən mal-qaramızı satıb və qohumlardan toplayıb hələlik pulu təcili ödəmişik. Lakin çox təəssüflər olsun ki, oğlumuzun bu diaqnoz üzrə müalicəsi Azərbaycanda mümkün deyildir.

Müayinələrdən sonra  həkim mütəxıəssilər yenidən uşağı təxirə salınmadan Türkiyədə əməliyyat etməyi  tövsiyə etdilər. Yoxsa, belə ağır vəziyyətdə uşağın bir iki ay ömrünün qaldığını bildirilər. İndi biz çox çıxılmaz vəziyyətdə qalmışıq. İndi 15 yaşı olan oğlumuzun gözlərimiz önündə həyatla yaşamaq uğrunda mübarizə apardığı bir vaxtda çarəsiz durumda qalmışıq. İndi bilmirik nə edək.

Bir ailə olaraq gündəlik ərzaq almağa belə imkanımız yoxdur.

Çoxhörmətli cənab Prezident və 1-ci vitse prezident xanım Mehriban Əliyeva, Sizlərdən çox xahiş edirəm ki, 15 yaşı olan oğlumun qardaş Türkiyə Cumhuriyyətində  təcili əməliyyat olunması üçün köməklik göstərəsiniz.        Əvvəlcədən minnətdarlığımızı bildiririk.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password