Rus ordusu “Oxotnik”i dünyaya tanıtdı

 

Qara dənizə daxil olan NATO gəmilərini izləyən, Ukrayna sərhədlərinə 100 minlik ordu cəmləşdirən Rusiya lideri Vladimir Putin ABŞ və NATO-dan dərhal müzakirələr tələb edir.

Prezident Putin Qərb hərbi ittifaqından qarantiya tələb edir.

Qeyd edilir ki, bu tələbini Prezident Putin dekabrın 14-də Finlandiya və Fransa prezidentləri ilə müzakirəsi zamanı da səsləndirib. Eyni zamanda İngiltərə Baş naziri Consonla telefon söhbəti zamanı da gündəmə gətirib. Putin-Bayden görüşü zamanı da bu məsələ Moskva tərəfindən qaldırılmışdı. Bu gün isə Putin Çin dövlət başçısı ilə Ukrayna məsələsini müzakirə edəcək.

Moskva əslində ABŞ və NATO-dan yeni təhlükəsizlik qarantiyaları istəyir. Kremlin tələb etdiyi təhlükəsizlik qarantiyasına Ukraynaya və digər qonşu ölkələrə NATO silahlarının yerləşdirilməməsi, hərbi ittifaqın şərqə doğru genişlənməməsi daxildir. Kreml həmçinin Ukraynanın NATO-ya qəbul edilməsinə də qarşı çıxır.

Rusiya-Qərb gərginliyi fonunda isə rus ordusu yeni silahlarını dünyaya nümayiş etdirib.

Rusiya müdafiə nazirinin müavni Aleksey Krivoruçko yeni pilotsuz hücum təyyarəsi olan S-70 “Oxotnikin”in ilk uçuş modelinin istifadəyə təqdim edildiyini elan edib.

Nazir müavini deyib ki, dronların tətbiqi məhsulun bütövlükdə yığılmasının başa çatması, təyyarənin tələblərinə uyğun olaraq bütün lazımi bort avadanlıqları ilə təchiz edilməsi və ilk uçuşa hazırlıq zamanı kompleks yer sınaqlarına başlayıb.

Qeyd edilib ki, “Oxotnik” fərdi, qrup halında və ya pilotlu təyyarələrlə birlikdə müxtəlif tapşırıqları yerinə yetirə bilən, son dərəcə ağıllı sistemdir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password