Rusiya erməni gənclərlə əlaqələri gücləndirmək niyyətindədir – Primakov

 

“Rossotrudniçestvo” “Yeni nəsil” proqramı vasitəsilə erməni gəncləri ilə əlaqəni aktivləşdirməyi qarşısına vəzifə qoyub.

TASS-ın verdiyi xəbərə görə,  bu barədə “Rossotrudniçestvo” təşkilatının rəhbəri Yevgeni Primakov məlumat verib.

“Ermənistan Rusiyanın əsas, mərkəzi, dost tərəfdaşlarından biridir və “Rossotrudniçestvo” üçün Ermənistan gəncləri ilə işləmək vacib və maraqlıdır. “Yeni nəsil” proqramı məhz bu problemin həllinə xidmət edir, bu, Rusiya prezidentinin fərmanı ilə yaradılmış əsas proqramlarımızdan biridir”, – deyə o bildirib.

Yevgeni Primakov qeyd edib ki, “Yeni nəsil” proqramı çərçivəsində Rusiyaya peşəkar maraq proqramı ilə səfər etmək istəyənlər – gənc siyasətçilər, həkimlər, jurnalistlər, İT mütəxəssisləri, mühəndislərlə iş aparılır.

Yevgeni Primakov Rusiyanın keçmiş baş naziri və xarici işlər naziri Yevgeni Primakovun nəvəsidir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password