“Brüssül görüşü Paşinyanın son şansıdır” – “Ermənistanı sülhə məcbur etməyin növbəti mərhələsidir”

 

Bu gün və sabah Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə Şərq Tərəfdaşlığına daxil olan ölkələrin dövlət başçılarının zirvə toplantısı çərçivəsində bir araya gələcəklər.

Əvvəlcə Avropa İttifaqının rəhbəri Şarl Mişel hər iki liderlə ayrı-ayrılıqda görüş keçirəcək, daha sonra onun iştirakı ilə İlham Əliyev və Nikol Paşinyan üçlü formatda bir araya gələcəklər. Sabah isə Azərbaycan və Ermənistan rəhbərlərinin təkbətək görüşünün keçirilməsi nəzərdə tutulub.

Liderlərin görüşündən gözləntilərini açıqlayan politoloq Fərhad Məmmədov bildirib ki, Avropa Birliyinin müharibədən sonra ilk dəfə olaraq Azərbaycan və Ermənistan liderlərinin üzbəüz danışıqlar aparması təşəbbüsü özünü doğrultdu. O, əlavə edib ki, görüşdən sonra erməni mətbuatında nə qədər sui-qəsd nəzəriyyələrinin yer alacağını indidən təsəvvür etmək çətin deyil.

Politolq qeyd edib ki, Brüssel görüşünə maraq artıb, çünki noyabrın 26-da Soçidə keçirilmiş üçtərəfli müzakirələrin müəyyən faydası hələ ki, yoxdur: “Hökumətlərarası komissiya dekabrın 1-də Rusiya Prezidenti V.Putin tərəfindən elan olunsa da, vahid qərara gələ bilməyib. Bu görüşdən sonra Rusiyanın xarici işlər naziri S.Lavrov yalnız erməni həmkarına zəng edərək qərarların icrasının vacibliyini vurğulayıb. Bundan sonra Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq etdi ki, imzaladıqları öhdəlikləri yerinə yetirməyə razı olmayana qədər gərginlik səngiməyəcək”.

F.Məmmədov vurğulayıb ki, Paşinyan Brüssel görüşünə qədər öhdəliklərin icra vaxtını gecikdirə bilib: “Azərbaycan vəziyyəti nəzarətdə saxlayır. Bakı Paşinyana Avropanın prosesdə vasitəçilik şansını vermək niyyətində deyil. Nəzərə alsaq ki, Merkelin gedişindən və “yaşıl” xarici işlər naziri ilə yeni koalisiyanın hakimiyyətə gəlməsindən sonra Almaniya tezliklə aktiv xarici siyasətlə məşğul ola bilməyəcək. Fransada Makron və seçki yarışına qatılan prezidentliyə namizədlərin çılğın ermənifil mövqeyi davam edir. Bu da Parisdən yaxşı heç nə gözləməyə ümid yeri qoymur. Yəni Avropada o qədər də sağlam düşüncəli siyasətçi qalmayıb, bu baxımdan Şarl Mişelin Avropa işlərində rolu və yeri artacaq”.

Politoloq qeyd edir ki, Aİ rəhbərinin bu yay regiona səfəri ona vəziyyəti daha yaxından tanımağa, Azərbaycanın və onun müstəqil xarici siyasətinin əhəmiyyətini anlamağa imkan verib: “Brüsseldəki görüşlər artıq Avropa səviyyəsində Ermənistanı sülhə məcbur etməyin növbəti mərhələsidir. Bundan sonra Paşinyan deyə bilər ki, Avropa da kommunikasiyaların açılmasına və sərhəd boyu prosesə başlanmasına razılıq verib. Baş nazir bununla da həm rusiyayönlü, həm də qərbyönlü müxalifəti neytrallaşdıra bilər. Bu, Paşinyan üçün növbəti itkilərdən qaçmaq üçün bir şansdır. Bu dəfə də müqavimət göstərsə və güzəştə getməsə, təzyiqlər qaçılmazdır”. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password