Taliban dünya nəhənginə müraciət etdi: “Bizi rəsmən tanıyın”

 

Əfqanıstandakı Taliban hökuməti Çindən rəsmən tanınmasını istəyib.

Talibanın sözçüsü Zabihullah Mücahid Çinin Kabildəki səfiri Vanq Yunun da iştirak etdiyi tədbirdə çıxış edib.

Mücahid Çinin Taliban hökumətini rəsmən tanımasını istədiklərini bildirib. Çin də daxil olmaqla bütün ölkələrlə qarşılıqlı hörmət əsasında normal əlaqələr qurmaq istədiklərini deyən Mücahid Çinin Əfqanıstan üçün regionun ən önəmli ölkələrindən biri olduğunu bildirib.

Mücahid deyib ki, Taliban rəsmi hökumət kimi tanınma şərtlərini yerinə yetirib və indi digər ölkələr onları rəsmən tanımalıdır.

“Biz başqalarının işinə qarışmaq istəmirik. Başqalarının da bizim daxili işlərimizə qarışmasına imkan verməyəcəyik”, – Mücahid vurğulayıb.

Vanq Yu isə söyləyib ki, ölkəsi Əfqanıstanda siyasi və humanitar problemləri həll etmək üçün Taliban hökuməti ilə birlikdə çalışacaq.

Taliban öz müvəqqəti hökumətini elan etməsindən təxminən 3.5 ay keçməsinə baxmayaraq, hələ heç bir ölkə onu rəsmən tanımayıb. Yalnız Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri 1996-2001-ci illərdə hakimiyyətdə olduğu dövrdə Talibanı rəsmən tanımışdı./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password