Göyçə mahalının tarixi həqiqiətlərini əks etdirən daha bir kitab işıq üzü gördü

 

Qədim Azərbaycanın tarixi torpaqları olan Göyçə, Zəngəzur və İrəvana ermənilərin məqsədyonlü şəkildə köçürülməsi artıq inkaredilməz bir tarixi həqiqətdir. Bununla bağlı tarixi mənbələrdə kifayət qədər ciddi məllumatlara rast gəlinir ki, artıq hər yerdə qədimliyi ilə öyünən ermənilər belə, bu həqiqətləri inkar edə bilmir. İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Ağdaban mahallarının tarixi torpaqlarında müasir Ermənistan dövlətinin qurulması da, müxtəlif vaxtlarda bu tarixi yurdlarımızdakı türk-müsəlman əhalisinin deportasiya edilməsi də tarixin acı həqiqətləridir. Bununla bağlı istər tarixçilərin, istərsə də tanınmış ziyalılıranın müəllifliyi ilə zaman-zaman Göyçə mahalının tarixi həqiqətlərindən bəhs edən kitablar nəşr olunub.

İqtisad üzrə fəlsəfə doktoru Lütfiyar Nəsibovun “Göyçə mahalı II dünya savşında:həlak olanlar və itkin düşənlər” adlı kitabı da məhz bu qəbildəndir.

Bu günlərdə “Azərkitab” kitab mərkəzində Lütfiyar Nəsibovun “Göyçə mahalı II dünya savşında:həlak olanlar və itkin düşənlər” adlı kitabın təqdimatı keçiriliib. Təqdimatı giriş sözü ilə müəllif açaraq kitab haqqında qısa məlumat verib. Müəllif bildirib ki, kitaba Göyçə mahalından II Dünya müharibəsinə cəlb olunmuş, döyüşlər zamanı həlak olan, itkin düşən, müharibədən qayıtmayan təxminən 2377  həmyerlimiz haqqında arxiv materiallarından soyadı, adı, atasının adı, doğulduğu yer, səfərbər olduğu komisarlıq, hərbi rütubəsi, xidmət etdiyi hərbi hissələrin sayı, keçirdiyi döyüş yolu, təltif olduğu mükafatlar, şəhid olduğu, dəfn edildiyi yerlər haqqında məlumatlar və maraqlı sənədlərin fotoşəkilləri daxil edilmişdir. Məlumatların toplanılmasında qarşılaşdığı çətinlikrədən, keçmiş Sovet respublikaları və II Dünya müharibəsinin mərkəzi olmuş, iştirak etmiş böyük Avropa dövlətlərinin arxivləri ilə yazışmalarından bəhs edən müəllif müharıbə iştirakçısı olmuş yüksək rütubəli zabitlərin xatirələrindən topladığı materialların olduqca qiymətli, əvəzsiz olmasından da danışıb. Gələcəkdə də bu materiallardan tək keçmiş Ermənistan SSR-dən döyüşlərdə iştirak edən həmyerlilərimizdən deyil, həm də Gürcüstan, Dərbənd, Azərbaycan və digər respublikalardan II Dünya savaşında iştirak edən azərbaycanlılar haqqında belə dəyərli kitabların yazılmasının vacibliyini də xüsus olaraq qeyd edib.

Tədbirdə AMEA Folklor İnstitutunun Xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamilə çıxış edib. Əli müəllim kitabın çap olunmasından, II Dünya müharibəsində itkin düşən və həlak olan soydaşlarımız haqqında məlumat və materialların toplanılmasından, arxivlərlərdə uzun və yorucu işlərin aparılmasından danışıb. Kitabın redaktoru, tarixçi-etnoqraf, jurnalist İsmayıl Umudlu, tarixçi-tədqiqatçı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əziz Ələkbərli, şair-tədqiqatçı Niftalı Göyçəli, AMEA Tarix İnstitutunun əməkdaşı, Azərbaycan Respublikası Prezident kitabxanasının müdiri Nazim Mustafa, ADPU-nin aspirantura və doktorantura şöbəsinin müdiri professor İbrahim Bayramov, rəssam Əli Əliyev, tədqiqatçı-jurnalist Araz Yaquboğlu, Bakıxanov adına Tarix İnstitutunun doktorantı Şəfa Mövsümov, orta məktəb direktoru Nizami Novruzov, şair İmran Qasımov, araşdırmaçı Əli Vəliyev və başqaları çıxış ediblər. Onlar Lütfiyar Nəsibovun topladığı bu araşdırmaların çox dəyərli bir kitab olmasından, II dünya müharibəsində tarixi Türk torpaqlarında yaradılmış keçmiş Ermənistan SSR adlandırılan ərazınin Göyçə mahalından müharibəyə gedən, həlak olan və itkin düşənlər haqqında geniş məlumatın olmasından danışıblar. Çıxış edənlər həmçinin qeyd ediblər ki, tarixin ən qanlı müharıbəsi olmuş bu savaşda göstərdikləri rəşadətə, igidliyə görə minlərlə GÖYÇƏLİ digər millətlərlə birlikdə SSRİ-nin ən yüksək orden və medallarına layıq görülmüşlər. Ancaq erməni xisləti, erməni düşmənçiliyi həmyerlilərimizin II Dünya savaşında rolunu azaltmaq, xalqımızın rəşadətini, qəhrəmanlığını heçə endirmək kimi məkrli planını bu kitabda Lütfiyar müəllim bir daha üzə çıxarıb. Bildirilib ki, bununla bağlı erməni mənbələrində Ermənistan SSRİ-dən azərbaycalıları II Dünya müharıbəsində iştirakı barədə heç bir məlumat yoxdur. Ancaq Ermənistan SSRİ-dən müharibəyə daha çox azərbaycanlının göndərilməsi faktları bu kitabda öz əksini tapıb. Onlar azərbaycanlıların yaşını süni surətdə azaldaraq yaşlıları da ermənilərin əvəzindən müharibəyə göndərirdilər. O dövrdə müharıbəyə 18-45 yaş arasındakı insanılar çağırılırdı. Hamı bu kitabın gələcək nəsillərə bir örnək olaraq gənclərin təlim-tərbiyəsində mühüm rol oynayaçağını qeyd ediblər. İştirakçılar digər bölgələr haqqında da belə dəyərli kitabların çap olumasının vacibliyini vurğulayıblar.

 

Əli Vəliyev

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password