Monitorinq Mərkəzi: ermənilər atəşkəsi 203 dəfə pozub

 

Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayandan indiyədək erməni qüvvələrinin 203 dəfə atəşkəsi pozduğunu qeydə alıb.

Bu məlumatı “TRT Haber” telekanalı yayıb.

Televiziya əməkdaşı Fatih Avanosu mərkəzə ezam edib.

Mərkəzin 11 aydır fəaliyyət göstərdiyini vurğulayan F.Avanos burada 60 türk hərbçisinin xidmət etdiyini, onlardan 13-nün PUA operatoru olduğunu bildirib.

Müxbirin sözlərinə görə, atəşkəs pozuntuları barədə həm Azərbaycan, həm də Ermənistan tərəfinə məlumat göndərilir.

Jurnalist atəşkəs pozuntularının necə hesablandığına da aydınlıq gətirib:

“Əslində, bu pozuntuların daha çox olduğunu bilirik. Ancaq türk hərbçilər eyni müddətdə təkrarlanan pozuntuları atəşkəsin pozulması üzrə bir fakt kimi qeydə alırlar. Beləliklə, atəşkəs pozuntuların minimum sayı 203-dür”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password