Ermənistanın sammitə dəvət olunması ondan xəbər verir ki…

 

Virtual Demokratiya Sammitinə cəmi 109 dövlətin dəvət olunması onu göstərir ki, burada ayrıseçkilik var. Sammitin keçirilməsi ABŞ Prezidenti Co Baydenin təşəbbüsü və nüfuz dairəsinə bölmək üçün atılan bir addım kimi qiymətləndirilir. ABŞ post-pandemiya dövründə yeni beynəlxalq münasibətlər sisteminə töhfə verməyə çalışsa da, bəzi məsələlərdə yanlışlığa yol verdi. Demokratiya Sammitinə çağırdığı dövlətlərin içərisində iqtisadi və siyasi cəhətdən Afrikanın ən geridə qalmış ölkələri var, amma Azərbaycan, Türkiyə və Macarıstan kimi ölkələri kənar saxlayıb. Burada iki ziddiyyətli məqam var. Birincisi odur ki, Macarıstan ABŞ-la bir hərbi blokda yer alır, buna baxmayaraq, sammitdən kənar saxlanılır. Bir blok ətrafında birləşdiyi dövlətləri kənarda qoyması onu deməyə əsas verir ki, ABŞ həqiqətən demokratiya anlayışına uyğun olaraq hərəkət etmir.

Bu sözləri açıqlamasında politoloq Samir Hümbətov deyib. Politoloq qeyd edib ki, ABŞ sadəcə öz maraq və mənafelərini təmin edə bilən dövlətləri sammitə dəvət edib:

“Türkiyə təbii ki, regional gücdür və artıq ABŞ-ın diktəsi ilə hərəkət etmir, xarici siyasət strategiyasını özünün maraqları çərçivəsində qurur. Burada əsas məsələ ABŞ-ın güc dairəsini bu dövlətlər arasında yaymaqdır. Hər halda, 30 ilə yaxın müddətdə ABŞ-ın da, ATƏT-in də fəaliyyətini gördük. Ermənistanın sammitə dəvət olunub, Azərbaycanın isə çağırılmaması onu bildirir ki, prinsip etibarı ilə ABŞ-ın əsas hədəfi başqa bir strategiya tutmaqdır. ABŞ İkinci Qarabağ müharibəsindən sonra Qafqaza artıq yeni bir baxış bucağı yaradır”.

Samir Hümbətovun sözlərinə görə, virtual sammit müstəvisində ölkələrin qarşılaşdıqları sosial-iqtisadi problemlərin həlli yollarının tapılması sadəcə ABŞ-ın görə biləcəyi iş deyil:

“2 ilə yaxındır ki, davam edən pandemiya dövründə dünya dövlətlərinin iqtisadiyyatı bu və ya digər formada daralmağa başladı. Hətta ümumi göstəricilərə görə, dünya iqtisadiyyatı 26 faizdən artıq daralıb. Deməli, dünya iqtisadiyyatının yenidən canlandırılması üçün hərtərəfli dəstək lazımdır. Bunu sadəcə ABŞ təmin edə bilməz. Burada həm Çinin qatqısı olmalıdır, həm də digər böyük güclərin.

Regionun əsas dövlətlərini oyundan kənar qoyub ABŞ-ın təkbaşına nüfuz yaratmaq istəyi mümkün olmayacaq. Nəinki Cənubi Qafqazda, Avrasiyada, Yaxın Şərqdə münaqişələrin bitməsi üçün əsas aparıcı dövlətlər Rusiya, Türkiyə, müəyyən mənada İrandır. Bu dövlətləri kənarda saxlamaq ABŞ-ın ikili standartlarından xəbər verir”./publika.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password