Ağıllı adamlar Ermənistandan gedəcək – Razuvayev

 

Ermənistan ötənilki müharibədə məğlubiyyətin rəsmi tanınmasını bütün gücü ilə uzatmağa çalışır. Boş xülyalarla yaşayır. Bu, kənardan zəif və o qədər də qeyri-adekvat dövlətin mövqeyi kimi görünür.

Bu barədə açıqlamasında tanınmış rusiyalı iqtisadçı, siyasi analitik Aleksandr Razuvayev bildirib.

“Əslində, bu cür siyasətlə Ermənistan yalnız özünü pis vəziyyətdə qoyur. 2020-ci ildə Qarabağda müharibədə məğlubiyyət ilk növbədə Ermənistan iqtisadiyyatının zəifliyi ilə izah olunur. Ermənistan iqtisadiyyatı xarici amillərdən – beynəlxalq turizm və miqrantlardan gələn puldan çox asılıdır. Bir zamanlar dünyanın hər yerindən zəngin yəhudilər İsrailin uğurlu və çiçəklənən bir ölkəyə çevrilməsi üçün çox işlər görmüşlər. Lakin hazırda Ermənistandan hətta öz diasporu da üz döndərib.

Ancaq bu və ya digər ölkənin həyat səviyyəsi təkcə iqtisadiyyatdan və ÜDM-dən deyil, dövlət siyasətindən asılıdır. Ermənistan üçün Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq ən ağıllı və uzaqgörən addımdır. İrəvan qonşuları ilə ticarət yollarını, logistika kilidini maksimal dərəcədə geniş açmalı olduğu dönəmdə təxribata əl atır. Bu heç bir sərhəddə sığmayan nadanlıqdır. Revanş yox, inkişaf haqqında düşünmək lazımdır. Əgər belə olmasa, Ermənistan əbədi olaraq kasıb, acından ölən bir ölkə olaraq qalacaq, oradan bütün ağıllı insanlar çıxıb gedəcəklər. Keçmişlə yaşamaq olmaz. Almaniya 1945-ci ildə hər şeyi itirdi. Lakin savadlı iqtisadi islahatlar nəticəsində bir neçə il ərzində uğurlu və çiçəklənən ölkəyə çevrildi”, – deyə müsahibimiz qeyd edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password