Dövlətimiz infeksiyaya qarşı bütün zəruri tədbirləri həyata keçirir – Təyyar Eyvazov
İnfeksiyanın yayılması üçün əlverişli olan payız-qış mövsümündə olsaq da, epidemik prosesi nəzarət altına almağımız hər birimiz üçün sevindiricidir. Bunun əksinə olaraq yaxın və uzaq qonşuluğumuzdakı bir çox ölkələrdə vəziyyətin heç də ürəkaçan olmadığını görürürük.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.
Mütəxəssis ölkədə epidemik vəziyyətlə bağlı sualları cavablandırıb.
– Ölkədə epidemioloji vəziyyəti necə dəyərləndirmək olar?
– Artıq iki ilə yaxındır ki, yeni koronavirus infeksiyası ilə mübarizə aparırıq. Bu aylar ərzində hər birimiz öz həyatında bu infeksiyanın təsirini bu və ya digər dərəcədə hiss etməkdədir. Bu müddət ərzində xəstəlik haqqında bilgilərimiz xeyli genişlənib, virusa yoluxmadan özümüzü və yaxınlarımızı qorumaq üçün səfərbər olmuşuq. Dövlətimiz infeksiyaya qarşı bütün zəruri tədbirləri həyata keçirir. Bu durumdan qalib çıxmaq üçün vətəndaş məsuliyyətinin nə qədər gərəkli olduğunu da anladıq. Birgə işlərimiz öz töhfəsini verməkdədir. İnfeksiyanın yayılması üçün əlverişli olan payız-qış mövsümündə olsaq da, epidemik prosesi nəzarət altına almağımız hər birimiz üçün sevindiricidir. Bunun əksinə olaraq yaxın və uzaq qonşuluğumuzdakı bir çox ölkələrdə vəziyyətin heç də ürəkaçan olmadığını görürürük. Bu bizlərə bir daha arxayınlaşmamağı, əldə edilənləri qoruyub çoxaltmağı diktə edir.
– Peyvəndlənmə prosesi necə gedir?
– Yeni “omicron” ştamı dünyada sürətlə yayılmağa başlayır. İnsanların təşvişə düşməsinə lüzum varmı?
– Pandemiya hələ sona çatmayıb. Bu gün virusun daha çox mutasiyaya uğramış, yeni ştamı – “omicron” ştamı peyda olub və hamının narahatçılığına səbəb yaradıb. İlkin mülahizələrə görə yeni ştam daha sürətlə yayıla bilir, həm də əvvəlki qazanılmış immun cavabdan müəyyən qədər yayına bilir. Yaxın vaxtlarda müşahidələr bu mülahizələrin nə qədər doğru olmasına aydınlıq gətirəcəkdir. Belə bir təhlükə şəraitində insanların qorunması, yoluxma hallarının sürətli artımının qarşısının alınması məhz bizim qoruyucu qızıl qaydalara necə əməl etməyimiz və yenə də vaksinasiyada fəal iştirakımızdan asılı olacaqdır. Bu qoruyucu qaydalara ciddi əməl etmək və eyni zamanda yaşlı və xəstə insanların, uşaqların, hamilə qadınların qrip virusuna qarşı da peyvənd olunması mövsümi respirator infeksiyaların, onlardan baş verə biləcək ağırlaşmaların azalmasına gətirib çıxara bilər. Beləliklə, hər şey özümüzdən asılıdır, yalnız səylərimizi birləşdirməklə infeksiyanı etibarlı surətdə nəzarətdə saxlaya və öz dolğun həyatımıza davam edə bilərik.