“Azərbaycanda piratçılığın səviyyəsi ilə bağlı qiymətləndirmə aparılır” – Rövşən Rüstəmov

 

“Hazırda Azərbaycanda piratçılığın həcminin qiymətləndirilməsi aparılır”.

Bunu açıqlamasında lisenziyasız proqram təminatından istifadə hallarının artması ilə bağlı yayılan məlumatları şərh edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

“Biz Azərbaycanda piratçılıqla bağlı problem olduğunu bilirik. Amma onun hansı səviyyədə olması ilə bağlı konkret fikri bazar qiymətləndirilməsi həyata keçirildikdən sonra demək olar. Açıq deyim ki, bazarın həcmini qiymətləndirmə prossesində tək bizim deyil, bütün dövlət qurumlarının iştirakında fayda var və işlər gedir. Amma hesab edirəm ki, bu, tam yekun deyil”, – R.Rüstəmov bildirib.

Qeyd edək ki, bir müddət əvvəl açıqlanan hesabata görə, dünya ölkələrinin pirat proqram təminatlarından istifadə edən 20 əsas ölkəsi müəyyən edilib. Siyahıya Çin, Rusiya və Ukrayna liderlik edir. Azərbaycanın qonşuları olan İran 13-cü, Türkiyə isə 16-cı yerdə qərarlaşıb.

Aparılan araşdırmaya görə, qeyd edilən 20 ölkələrdə olan istifadəçilərin hesabına şirkətlərin lisenziya satışından gəlirlərini 17,1 milyard ABŞ dolları civarında artırmaq olar. Bu isə 2018-ci ildə əldə edilən nəticələrlə müqayisədə 26 % çoxdur.

Son hesabatda Azərbaycanla bağlı konkret göstərici olmasa da əvvəlki illərdə pirat proqramlardan istifadə göstəricisinin 81 % olduğu qeyd edilib.

Qlobal olaraq isə istifadəçilərin 37 %-nin proqram təminatı üçün ödəniş etmədiyi və bunun isə 46,8 milyard ABŞ dolları civarında problem yaratdığı üzə çıxıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password