Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

 

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

Qeyd edək ki, 2002-ci il təvəllüdlü şəhidimiz Asif Əliyev subay olub. Əslən Siyəzən rayonunun Zarat kəndindəndir.

O, ötən ilin iyulunda hərbi xidmətə gedib, 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqmış. Şəhidin bir bacısı var. O, hərbi xidmətə getməzdən qabaq rayonda restoranların birində ofisiant işləyib.

A.Əliyev Prezidentin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Şəhidimizin fotosunu təqdim edirik:

Allah rəhmət eləsin!

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password