Rəşid Bədəlovun Uşaq Sanatoriyasında yol verdiyi nöqsanlar nələrdən xəbər verir?

 

Məlum olduğu kimi, dövlət qurumlarının müxtəlif xidmətlərin və malların satınalmalarını tender və kotirovka sorğuları yolu ilə həyata keçirməsi qanunla mütləqdir. Bunun üçün qəbul olunmuş xüsusi qanunlar da mövcuddur. Lakin son illər dövrü mətbuatda satınalma prosedurları ətrafında dolaşan məlumatlar burada çoxsaylı qanun pozuntularına yol verildiyini deməyə əsas verir. Burada daha çox keçirilmiş tender və kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilir, podratçıların maddi-texniki bazası və ixtisas göstəriciləri bir çox hallarda nəzərə alınmır, bağlanmış müqavilələrdə qiymətlər süni şəkildə şişirdilir və sair.

Aktualinfo.org apardığı araşdırmalar zamanı bir çox dövlət qurumlarının elan olunmuş tender və kotirovka sorğularının nəticəlirini ictimaiyyətdən gizlətdiyini də müəyyən edib. Belə ki, bir çox qurumların rəhbərləri özlərinə yaxın podratçılarla şişirdilmiş qiymətlərlə bağladığları müqavilələri qanunda nəzərdə tutlduğu kimi ictimaiyyətə açıqlamadan həyata keçirirlər. Bunun arxasında isə təbii ki, dövlət vəsaitlərinin “otkat” üsulu ilə talanması dayanır.

Bu yaxınlarda tikintisi və quraşdırılması tam şəkildə başa çatan Professor Gindes adına Uşaq və Gənclər üçün Vərəm Sanatoriyası uşaq sağlamlığına ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bunun üçün hələ 2019-cu ildə Prezidentin sərəncamı ilə Səhiyyə Nazirliyinə 11 468 300 manat ayrılmışdır. Hərtərəfli təmirdən sonra Respublika Uşaq və Yeniyetmələr üçün Sümük – Vərəm Xəstəlikləri Sanatoriyası abadlaşma, təmir və müxtəlif xidmətlərin satınalması məqsədi ilə kotirovka sorğuları da keçirmişdir. Amma necə? Gizlin şəkildə.

Bunun üçün Respublika Uşaq və Yeniyetmələr üçün Sümük – Vərəm Xəstəlikləri Sanatoriyası tərəfindən 2020-2021-ci illərdə keçirilmiş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğularına nəzər salmaq kifayət edər.

Digər kommunal xidmətlər üzrə 05.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Kanalizasiya xidmətləri üzrə 02.02.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Texniki və İçməli suyun alınması üzrə 02.02.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mətbəə mallarınım alınması üzrə 02.02.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Digər malların alınması üzrə 15.10.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mətbəə mallarının satın alınması üzrə 23.07.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Su haqqının ödənilməsi üzrə 11.02.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

İstehlak yönümlü müxtəlif xidmətlər üzrə 11.02.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Digər kommunal xidmətlər üzrə 11.02.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mətbəə məhsullarının alınması üzrə 11.02.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Dəftərxana və Təsərrüfat malları üzrə 11.02.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Respublika Uşaq və Yeniyetmələr üçün Sümük – Vərəm Xəstəlikləri Sanatoriyasının Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamamış, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Sanatoriya tərəfindən keçirilmiş kotirovka sorğularında  “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddələrinin aşagıdakı tələbləri kobud şəkildə pozulmuşdur.

Lakin Sanatoriyanın Tender Komissiyasına ünvanladığımız sorğu məktubundan sonra bu gizlinlərə aydınlıq gətirib. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi kotirovka sorğularının keçirilməsi barədə elanlar cari ilin fevral ayında dərc olunub. Lakin Respublika Uşaq və Yeniyetmələr üçün Sümük – Vərəm Xəstəlikləri Sanatoriyasının Tender Komissiyası kotirovka sorğuları üzrə nəticələri satınalma müqavilələri bağlandından 5 bank günü sonra deyil, 9 ay sonra ictimaiyyətə açıqlayıb. Yəni kotirovka sorğularının pulları yeyilib,üstündən də su işildikdən sonra. Bəs bu kotirovka sorğuları ictimaiyyətə niyə vaxtında açıqlanmayıb? Bunun səbəblərini bağlanmış müqavilələr haqqında aşağıdakı məlumatlardan da görmək olar.

04.03.2021-ci il tarixdə İstehlakyönlü müxtəlif xidmətlərin satın alınması məqsədi ilə keçirilmiş katirovka sorgusunda ” ELEKTRO SERVİS” MMC qalib elan edilmişdir və 27 980 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 06.12.2021-ci il tarixdə açıqlanmışdır.

04.03.2021-ci il tarixdə Mətbəə mallarının satın alınması məqsədi ilə keçirilmiş katirovka sorgusunda “TREMİX -CO” MMC qalib elan edilmişdir və 25 000 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 06.12.2021-ci il tarixdə açıqlanmışdır.

Digər kommunal xidmətlər üzrə “LİG STAR MMC qalib elan edilmişdir və 34 999 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 06.12.2021-ci il tarixdə açıqlanmışdır.

04.03.2021-ci il tarixdə Dəftərxana və Təssərrüfat mallarının satın alınması məqsədi ilə keçirilmiş katirovka sorgusunda “LİG STAR MMC qalib elan edilmişdir və 48 980 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 06.12.2021-ci il tarixdə açıqlanmışdır. Sanatoriya müqavilə bağlayarkən bu MMC cəmi bir ay əvvəl dövlət qeydiyyatına alınıb.

04.03.2021-ci il tarixdə Digər malların satın alınması məqsədi ilə keçirilmiş katirovka sorgusunda “TREYD SERVİS “MMC qalib elan edilmişdir və 35000 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 06.12.2021-ci il tarixdə açıqlanmışdır.

04.03.2021-ci il tarixdə Texniki və İçməli suyun daşınmasının satın alınması məqsədi ilə keçirilmiş katirovka sorgusunda “SCARLET-LTD”MMC qalib elan edilmişdir və 49 779 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 06.12.2021-ci il tarixdə açıqlanmışdır.

26.04.2021-ci il tarixdə digər kommunal xidmətlərin satın alınması məqsədi ilə keçirilmiş katirovka sorgusunda “SCARLET-LTD”MMC qalib elan edilmişdir. Lakin 07.12.2021-ci il tarixdə satınalma müqaviləsinin bağlanıldığı barədə bildiriş verilmiş, ayrılmış vəsaitin məbləği açıqlanmamışdır.

26.04.2021-ci il tarixdə Abadlaşdırma xidmətlərinin haqqının satın alınması məqsədi ilə keçirilmiş katirovka sorgusunda “A.T.E-MONOLİT TİKİNTİ “MMC qalib elan edilmişdir. Lakin 07.12.2021-ci il tarixdə satınalma müqaviləsinin bağlanıldığı barədə bildiriş verilmiş, ayrılmış vəsaitin məbləği açıqlanmamışdır.

26.04.2021-ci il tarixdə Texniki və İçməli suyun daşınmasının satın alınması məqsədi ilə keçirilmiş katirovka sorgusunda “LİG STAR “MMC qalib elan edilmişdir. Lakin 07.12.2021-ci il tarixdə satınalma müqaviləsinin bağlanıldığı barədə bildiriş verilmiş, ayrılmış vəsaitin məbləği açıqlanmamışdır.

Sanatoriyanın müqavilə bağladığı “SCARLET-LTD”MMC  10.12.2020-ci il və “TREYD SERVİS”MMC  17.12.2020-ci il tarixlərə, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ƏLƏSGƏR ƏLƏKBƏROV, ev 12A, m. 12 dövlət qeydiyyatına alınıblar. Yəni eyni ayda və eyni ünvanda, kotirovka sorğuları barədə elan verilməzdən cəmi iki ay sonra. Bundan əlavə Sanatoriya “LİG STAR “MMC ilə həm texniki və içməli suyun daşınması üzrə, həm də dəftərxana və təssərrüfat mallarının satın alınmas bir ay içində 3 satınalma müqaviləsi bağlayıb ki, şübhələnməmək olmur.

Maraqlı burasıdır ki, bütün bu qanunsuzluqlara isə Sanatoriyanın baş həkimi Rəşid Bədəlov nəzarət edir. O bunu inkar edə bilməz. Çünki kotirovka sorğusu  prosedurları barədə bildirişlərdə əlaqələndirici şəxs kimi baş həkim şəxsən öz adını yerləşdirib. Bu isə o deməkdir ki, Baş həkim həm də Tender Komissiyasının üzvüdür. Amma qanunla idarə rəhbəri Tender Komissiyasında təmsil olunmamalıdır. Amma göründüyü kimi Rəşid Bədəlov nəzarəti heç də yaxşı edə bilməyib. Mart-aprel aylarında keçirilmiş kotirovka sorğularının nəticələrini dekabr ayında açıqlamaqla gözdən pərdə asmaq istəyib. Bu yol verilənlər isə adi nöqsanlar deyil. Bunun arxasında korrupsiya, mənimsəmə və daha nə kimi hallar dayanır.

Bütün bu yuxarıda göstərilən təkzibolunmaz faktlar Respublika Uşaq və Yeniyetmələr üçün Sümük – Vərəm Xəstəlikləri Sanatoriyasında qanunsuzluğun, özbaşınalığın baş alıb getdiyini təsdiqləyir. Kotirovka sorğusu üzrə müqavilənin bağlanmasından 9 ay sonra sonra nəticəsinin ictimaiyyətə açıqlanması heç yerdə görsənməyən bir haldır. Bunlar analoqu olmayan bir satınalma prosedurlarıdır. Məlumatlardan da görsəndiyi kimi bir mətbuat orqanı olaraq biz Respublika Uşaq və Yeniyetmələr üçün Sümük – Vərəm Xəstəlikləri Sanatoriyasının Tender Komissiyasından 2020-2021-ci illərdə keçirilmiş 11 koturovka sorğusunun nəticələri barədə sorğu vermişdik. Amma qurum cəmi 5 kotirovka sorğusunun nəticələrini açıqlayıb və burada da yol verilən qanunsuzluqlar göz qabağındadır. Bəs 2020-ci ildə keçirilmiş kotirovka sorğularının nəticələri? Burada hansı MMC-lər qalib edilib və nə qədər vəsaitlər ayrılıb, nə qədəri mənimsənilib bəlli deyil.

Əldə etdiyimiz məlumatlara görə baş həkim Rəşid Bədəlov əvvəllər Səhiyyə Nazirliyində çalışıb. Burada sabiq nazir Oqtay Şirəliyevin ən yaxın adamlarından biri kimi tanınıb. Respublika Uşaq və Yeniyetmələr üçün Sümük – Vərəm Xəstəlikləri Sanatoriyasına isə təmirə başlamazdan bir neçə ay əvvəl baş həkim təyin edilib. Bu isə o deməkdir ki, sabiq nazir təmirə ayrılmış 11 milyon manatı yaxın adamı, Rəşid Bədəlovun vasitəsi ilə xərcləyib. Nə qədər dövlət vəsaitinin kənarlaşdırıldığını isə yalnız onlar bilər.

 

Aktualinfo.org

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password