Nazir müavini: “Ermənistanın Hərbi Qənimətlər Parkı ilə bağlı vəsatəti rədd edilib”
“Ermənistan son aylarda bəzi ölkələrin parlamentində ermənipərəst deputatların vasitəsilə Bakı şəhərində açılmış Hərbi Qənimətlər Parkının erməni millətinə qarşı etnik nifrətin təzahürü olduğunu bildirmişdi”.
Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Azərbaycana qarşı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
“Hətta müxtəlif səviyyələrdə müxtəlif qərəzli bəyanatlara nail olmuşdur. Lakin Azərbaycan bu məsələyə sırf hüquqi prizmadan yanaşıb. Məhkəmədə parkın mahiyyəti, məqsədi ətraflı izah edib. Nəticədə məhkəmə Ermənistanın vəsatətini rədd edib”, – o deyib.