İradə Gülməmmədovanın ssenarisi ilə həbs edilən baş memar Akif Əliyev nə vaxta qədər məhkumluq həyatı yaşayacaq?

 

Sifarişlə həbs edilən memarın bacıları, ailə üzvləri ölkə başçısından və hüquq mühafizə orqanlarından Abşeron rayonun keçmiş baş memarı Akif Əliyevin azadlığa şəxması üçün növbəti dəfə kömək istədilər. 

Sifarişlə həbs edilən Abşeron rayonun keçmiş baş memarı Akif Əliyevin bacıları, ailə üzvləri redaksiyamıza göndərdikləri müraciətlərində bildiriblər ki, “Görəsən, İradə Gülməmmədovanın dirijorluğu və ssenarisi ilə onun əvəzindən heç bir əsas olmadan həbs edilən Abşeron rayonun baş memarı Akif Əliyev görəsən nə vaxta qədər məhkumluq həyatı yaşayacaq? Bir ailənin ocağını, çırağını söndürməsi İradə Gülməmmədovaya mənəvi işgəncələr verirmi?” sullarına cavab tapılması, haqq və ədalətin bərpa olunması üçün ölkə başçısı İlham Əliyev cənablarına üçüncü dəfə müraciət ediblər.
Müraciəti olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

Hörmətli cənab Prezident,

İzn verin Sizi, doğmalarınızı və yaxınlarınızı qarşıdan gələn ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edək, xalqımızın xoşbəxt gələcəyi və məmləkətimizin daha da çiçəklənməsi naminə Sziə möhkəm cansağlığı, aramsız uğurlar və dağlar omrü arzulayaq.

Hörmətli cənab Prezident,

Siz xalqımızın təhlükəsizliyi, əmin-arxayın yaşaması naminə mümkün olduğundan da artıq işlər görürsünüz. Azərbaycan müasirləşir, ölkəmizdə Avropa standartlarına uyğun dəyəri milyardlarla ölçülən abadlıq-quruculuq işləri həyata keçirilir.

On səkkiz illik prezidentliyiniz dövründə minlərlə məktəblər, məktəbəqədər tərbiyə müəssisələri, səhiyyə ocaqları və sosial təyinatlı obyektlər tikilib xalqın istifadəsinə verilmişdir. Siz yüzlərlə uğurlara imza atmısınız, lakin nailiyyətləriniz sırasında ən yaddaqalan şah əsəriniz qısa zaman kəsiyində və çox az itgilərlə işğal olunmuş torpaqlrımızı erməni qəsbkarlarından azad etməyinizdir. Bunları görməmək və görüb dəyərləndirməmək ən azından nadanlıq ola bilər, cənab prezident!

Sizin ikinci şah əsəriniz isə Respublikamızı Abşeronun İcra başçısı, bilərəkdən ölkədə sosial gərginlik yaradan, xalqı Sizə qarşı qoyan İradə Gülməmmədova kimi rüşvətxorlardan təmizləməyiniz olacaq.

Hörmətli cənab Prezident,

Bir daha xatırlatmaq lazım gəlir ki, 2020-ci ilin iyun ayında İradə Gülməmmədovanın fəaliyyətində mövcud olan qanunazidd əməllər, rüşvətxorluq elementləri barədə Abşeron sakinləri tərəfindən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş çoxsaylı müraciətlər araşdırılarkən şikayətlərdə göstərilən faktların böyük əksəriyyəti öz təsdiqini tapmış, icra başçısı və onun rüşvətini yığan bacısı oğlu Babək, yaxın qohumları Şamil və Cəfər həbslə üz-üzə qalırlar.

İradə Gülməmmədova şok vəziyyətinə düşərək və çıxış yolunu hiylə işlətməkdə görür. Neçə müddətdən bəri bütün səlahiyyətlərini, eləcə də baş memara məxsus möhürü və ştampı da əlindən alıb özündə saxladığı rayonun baş memarı Akif Əliyevi otağına çağırıb ona yalvarır ki, Allah xatirinə, insanlıq naminə mənim ünvanıma səsləndirilən ittihamları üzərinə götür, həbsdən də qorxma, qoy səni tutsunlar, narahat olma 10 gün müddətinə səni azadlığa çıxaracağam.

Akif Əliyev aktrisalıq edən başçı İradə Gülməmmədovanın sözlərinə inanmır, ona görə də təklifdən imtina edir. Lakin İradə Gülməmmədova Korrupsiya İdarəsinin nümayədəsi ilə razılıq əldə edərək bütün ittihamları Akif Əliyevin ayağına yazdırır, beləliklə də Akif Əliyev 2020-ci ilin iyun ayının 23-də həbs edilir.

Həmin gün Abşeron rayon icra başçının bacısı oğlu Babək də tutulur. Lakin başçı Babəki 10 gündən sonra azadlığa çıxarır.

Akif Əliyev isə başçının əvəzindən memarın səlahiyyətlərinə aid olmayan ittihamlarla Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə 311.32-ci və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək 10(on) il 6(altı) ay müddətinə azadlıqdan məhrum edilir.

Biz Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı mürtəce hökmdən çox narazıyıq. Məhkəmənin işə baxan hakimi çox gözəl bilirdi ki, məhkəməyə daxil olan materiallarda heç bir dəlil, sübut yoxdur. Akif Əliyevin əleyhinə ifadələr, üzünə dirənən, onun rüşvət almasına dair şahidlər olmadığı halda görəsən işə baxan hakim hansı əsasla hökm çıxarıb? Görünən budur ki, Ağır Cinayətlər Məhkəməsi qanunlarla yox, tapşırıqlarla işləyir.

Hörmətli cənab Prezident!

Akif Əliyevin doğmaları olaraq bax, bizləri yandırıb yaxan da bu haqsızlıq, İradə Gülməmmədovanın öz əhdinə naxələf çıxmasıdır! Bizləri bir sual çox dərindən düşünməyə vadar edir! Fikirləşirik ki, görəsən İradə Gülməmmədova heç bir insanlığa sığmayan əməllərinə görə vicdan əzabı çəkirmi?

Özü günahkar ola-ola korrupsiya idarəsinin əməkdaşı ilə gizli danışıqlar aparıb bir ailənin ocağını, çırağını söndürməsi ona mənəvi işgəncələr verirmi?

Yaranmış şəraitdən istifadə edərək İradə Gülməmmədovaya səslənirik:

Hörmətli İradə xanım, əmin ol ki, sənin bu qanunazidd əməllərinə mütləq hüquqi qiymət veriləcək. Bizim gözüyaşlı fəryadımız əvəzsiz qalmayacaq, Allahın qəzəbinə tuş gələcəksən.

Bir daha cənab Prezidentə üzümüzü tuturuq:

Hörmətli İlham müəllim, elə qapınıza pənah gətirməyimizə zərurət yaradan da Sizin haqqı, ədaləti daim dəstəkləməyinizdir.

Əsl həqiqət naminə bildirməliyik ki, Akif Əliyev vətənini, xalqını, canı, qanı qədər sevən, zəngin təcrübəli, savadlı, sanballı memar idi. Harada işləməyindən asılı olmayaraq ətrafınızda monolit kimi birləşənlər sırasında, siyasi kursunuza dəstək verənlərdən biri idi. O. Həmişə deyərdi ki, əgər məndən soruşsalar ki, İlham Əliyev Azərbaycan üçün nələr edib? Cəsarətlə deyərəm ki, İlham Əliyev Azərbaycan üçün nələr etməyib ki?

Hörmətli cənab Prezident,

Akif Əliyev bir çox möhtəşəm layihələrin müəllifi kimi də şöhrətlənmişdi. Xırdalan şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı, Abşeron rayon İcra hakimiyyətinin inzibati binası, Heydər Əliyev mərkəzi, Şahmat məktəbi, Sumqayıt dənizkənarı bulvarı, Heydər Əliyevin Misir Ərəb respublikasının paytaxtı Qahirə şəhərində və Türkiyənin Bursa şəhərində ucaldılan abidə kompleksinin layihə müəllifi məhz memar Akif Əliyevdir.

Onun vətən, xalq qarşısındakı xidmətləri tərəfinizdən layiqincə qiymətləndirilimiş, O, sərəncamınızla “Əməkdar Memar” fəxri adına layiq görülmüşdür.

Hörmətli cənab Prezident,

Görürsünüzmü, vətənə, xalqa hər an, hər zaman lazım olan istedadlı insan heç bir təqsiri olmadan İradə Gülməmmədovanı hiyləsinin qurbanı kimi cəzaçəkmə müəssisəsində başçının cəzasını çəkir.

“Əməkar rüşvətxor” İradə Gülməmmədova isə azadlıqdadır, yenə də “mənəm, mənəm” deyir, rüşvət yığır, sərvət, sərmayə toplayır.

Sizi səmimiyyətimizə inandırmaq istəyirik ki, bu haqsızlıq Akif Əliyevin doğmaları kimi bizi məhvə sürükləyir, hamımız intihar həddindəyik.

Yeganə ümidimiz, pənahımız Sizsiniz, bir də güvənc yerimiz Sumqayıt Apellyasiya məhkəməsi. Biz ümidvarıq ki, Sumqayıt məhkəməsi şikayətimizə həssaslıqla, obyektiv yanaşacaq, ədalət şər üzərində zəfər çalacaq.

Hörmətli cənab Prezident,

Səmimi qəlbdən xahiş edirik Allah xatirinə, ədalət naminə kömək edin, məhkəmə hüquq şurasının sədri cənab Fikrət Məmmədova qondarma hökmün yenidən diqqətlə araşdırılması üçün xüsusi tapşırıq verin. Ömrümüzün sonuna qədər qayğınızı, diqqətinizi unutmarıq, həmişə adınızı uca, xatirinizi əziz tutarıq.

Hörmətlə: Tofiq Cəlalov

Məsələ ilə bağlı  Abşeron rayon icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaqda, mümkün olmadı. Qarşı tərəf kim adı çəkilən şəxslərində münasibətin ictimailəşdirməyə hazırıq./milletinsesi.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password