Ərdoğandan Qətər açıqlaması

 

Mənşəyindən və məzhəbindən asılı olmayaraq, bütün Körfəz xalqları bizim əsl qardaşlarımızdır. Biz bu anlayışla Körfəz ölkələri ilə əlaqələrimizi inkişaf etdirməyə çalışırıq.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Qətər Türkiyə iqtisadiyyatına qarşı spekulyativ hücumlarda hər zaman bizimlə olub və ölkəmizə güvəndiyini göstərib. Türkiyənin investisiya, məşğulluq, istehsal və ixrac yönümlü böyüməsinə töhfə verən qətərli qardaşlarımıza da lazımi dəstəyi veririk. Biz Qətərin təhlükəsizliyini öz ölkəmizdən ayrı saxlamırıq.

Biz ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirəcək ümumilikdə 15 saziş imzalamışıq. Əziz qardaşım Şeyx Təmimin güclü dəstəyi ilə qarşıdakı dövrdə əməkdaşlığımızı hər sahədə genişləndirəcəyik”, – deyə Ərdoğan bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password