“Omikron uşaqlar üçün gəlib, biz uşaq pandemiyası ilə üz-üzəyik” – professor
Rusiyalı professor, tibb elmləri namizədi Dmitriy Yedeev NTV kanalında Omikron ştammının böyüklər yox, uşaqlar üçün gəldiyini bildirib.
Professor dünyadakı statistikadan dəhşətə gəldiyini bildirib.
“24 oktyabrda rəsmən Omikron ştammı Cənubi Afrikada tapıldı.
23-dən noyabrın 10-na kimi artıq Cənubi Afrikada yoluxanların sayı 15 dəfə artdı.
Xəstəxanalarda olan xəstələrin sayı 2-3 dəfə artıb.
Omikronun tapıldığı əyalətdə isə hospitalizə edilənlərin sayı 8-9 dəfə artdı. ÜST niyə deyir ki, bu ştamm ağır deyil, xəstəxanaya düşmür xəstələr, anlamıram?
Bunlar cəmi 10 gündə baş verib. 10 gündə də bu virus Afrikadan dünyaya yayıldı.
Ona görə qəti olaraq deyirəm ki, Omikron uşaq kovididir. Bu böyük yox, uşaq virusudur. Pandemiya artıq uşaq pandemiyasıdır.
Omikrona yoluxanların 90%-i 30 yaşa qədər olan gənclərdir. Əsasən uşaqlar və yeniyetmələrdir hədəfdə.
Qorxulusu odur ki, körpələr vaksin olunmayıb, onlar müdafiəsizdir və Yuhan ştammının bpyüklər üçün müalicəsində istifadə olunan bütün dərmanlar körpələr üçün əks göstərişdir”. /medicina.az