İslam Peyğəmbəri – Yusif (ə.s.ə.)-ın sümükləri Qubadlıda – tarixin “Qızıl qapısı”nda dəfn olunub

 

“…Hava eynilə Misirdən çıxan vaxt kimi idi. Gah göy guruldayırdı, yağış yağırdı, gah da bir müddət şimşəkdən sonra göyün təmiz və şəffaf hissəsində çalın-çarpaz xətlər bir müddət adamın başı üstündən çəkilmək bilmirdi.

O üstündə min bir işarəsi, xətti olan əsasını bir yana qoyub, torpaq qalağının üstündə əyləşdi. Əllərini göyə qaldırdı. “Daha – dedi, – bacara bilmirəm, Allahım, gücüm çatmır.”- Onun hər sözündən sonra şimşək çaxır, göy guruldayırdı.

Sonra o, yanındakı ipləri dolaşıq düşmüş torpasına əl yetirdi. –“Məni bağışla Allahım, Ya Rəbb, qarşında özünə sığınmış bir peyğəmbər olduğunu görürsən. Mən tənha və gücsüz qalmışam, Allahım. Mən Azərbaycan torpağını erməni köləliyindən azad edib, cəhənnəm əzabından xilas etdim. Onları Cəhənnəm dərəsindən çəkib çıxartdım. Allahım – Musa Peyğəmbərin bu an hər iki gözündən yaş gəldi, – dedi, bəs hanı mənim pərən-pərən olmuş, yurdu vuranə qalmış, altmış səkkiz yerə bölünmüş, didərgin düşmüş övladlarım, hanı? Mən indi onları bir yerə yığa bilmirəm. Axı ya Rəbbim, sən Sina dağına məni qaldıranda dedin ki, bax dağların ətəklərinə ya Musa… Mən də baxdım. Dedin ki, qayalar kimi ovulmuş bu övladlarının hər biri yer üzünü bürüyən, onun altını üstünə çevirən gücə malik bütün xəstəliklərə, qırğınlar törədə biləcək, ailələri dağıdan, ananı baladan edən, döşlərdəki südü çürüdən, sümükləri əridən, bir göz qırpımında insanı məhv edib, öldürən xəstəliklərə dərmandır. Bəs hanı, Allahım?” Allah Sina dağında Peyğəmbəri səbrlə dinlədi.

Şimşək çaxanda Musa Peyğəmbər lap əvvəlki kimi – uşaqlıqda qorxan kimi qorxdu. Əsadan bərk-bərk yapışdı. Bu dəfə Sina dağından başqa bir səs gəldi:” Ya Musa” – dedilər. –“ Allahdan nida gəldi ki, səni sevindirək. Peyğəmbər üçün Cənnəti verdik. Bu yerlər sənindir. Damarlarında gəzdirdiyin qan dünyanın, yerin, göyün nicat körpüsüdür. “

– Mən bir dəfə bərk qorxdum, – Peyğəmbər dedi.- Dilim də o vaxtdan dolaşıb, qalıb. Allahla yaxşı danışa bilmirəm,” – Peyğəmbər pıçıldadı.”- Mən – bu gün Yusif Peyğəmbərin Misirdən gətirdiyim sümüklərini dəfn edəcəm. Əzizim Yusifin vəsiyyətini yerinə yetirəcəm.” – “Səbrlə ya Musa –sədasını eşitdi.- “Səbrlə bu dünyanı qoruyub, saxlamaq mümkündür.”

– Allahım, mənim Ana südümü qaytar. – Musa əleyhissalam əsaya bərk-bərk sığındı. Qaytar – pıçıldadı.

– Mən onu sənə qaytaracam, ya Musa – səs eşitdi.- Mütləq…

Qeyd:

“Etdiyin bütün yaxşılıqlara görə, Allah səninlədir…”

– Mirzə İbrahimovun çap olunmamış “Qubadlı” romanından…

Ana südündəki dəmir miqdarı ananın qidalanma şərtlərindən və zərdabındakı dəmir miqdarından asılı olmayaraq uşağın ehtiyacı olan miqdara görə bilmədiyimiz mexanizmlərlə tənzim edilməkdədir, Məsələn Qubadlıdan qadınlar vücudlarındakı

dəmir miqdarlarına görə üç qrupa ayrılmış, amma bu qadınların südlərindəki dəmir miqdarları arasında heç bir fərq olmadığı təsdiq edilmişdir. Onlar xəstəlikləri sonradan tapırlar; – 5, 10, 15, 20, 25, 30 yaşlarından… Amma Allah onların dərmanlarını da ayaqları altında verir. Bu torpaqdan keçən çayların hər birində min xəstəliyin dərmanı axıb, gedir. Bütün bunları bilmək gərəkdir.

Qubadlının 3 qəhrəmanı - FOTO | KONKRET

– Mən əzizim Yusifin sümüklərini Qubadlıda – tarixin Qızıl Qapısında dəfn etdim…

– Allah sənə, ailənə qüdrətindən pay verdi, ya peyğəmbər…

Araşdırma materiallarına görə Roma Papasının “Bütün ermənilərə…” adlı məktubunda maraqlı məqamlar var. “Vatikan Siyasi Tədqiqatlar İnstitutunda hazırlanmış həmin məktubda ermənilərə tövsiyə edilir ki, “…daşı ətəklərindən töküb, Allahı sevməyə, ona inanmağa qayıtsınlar. Çünki onlar üçün başqa çıxış yolu yoxdur. “Hətta tövsiyələr aydın olsun deyə, məktubda xatırlanır: “…Genetik cəhətdən Allaha inananları öldürənləri heç kəs bağışlamır.” Məsələn, Fransada əhalinin 42 faizi, RF-da 36, ABŞ-da 38, İngiltərədə 40,5 faizi, Almaniyada 25 faizi əhalinin Allaha inamı yoxdur. Və bütün bunlara görə də adları qeyd olunan ərazilərdə ölüm halları çoxalıb. Müqayisədə Allaha inananlar arasında isə, ölüm halları xeyli azalıb. Roma alimləri iddia edirlər ki, bunun genetik səbəbləri var.

Başqa bir materialda qeyd olunur ki, Ermənistandakl ABŞ səfirliyinin ərazisində tam məxfi qaydalarda bilavasitə ana bətninə birbaşa təsir edən “Kor-2” dərman pereparatı hazırlayan laboratoriya fəaliyyət göstərir. Məlum olub ki, “Kor-2” dərman pereparatı birbaşa ana bətnindəki “yetişən dölə” təsir edir və onun normal böyüməsini əngəlləyir, onun qanındakı hüceyrələri öldürür və yaxud şikəst edir.

Məlumata görə 1935-ci ildə (mart-aprel) genetik cəhətdən möhkəm olan ərazilərin klinikalarında doğum evlərində “Kor-2” genetik pereparatından geniş istifadə edildi. Amma nəticə çox acınacaqlı oldu. Azərbaycanın (Zəngəzurun, Naxçıvanın, Dağlıq Qarabağın Qubadlı yaşayış məntəqələrində olan doğum evlərində Ana südü qadağan edildi. Səbəb də bu idi ki, dünyaya övlad gətirən anaların südündə zəhər peyda oldu. Və bu zəhər bilavasitə analara yeni doğulan körpələrə təsir edir, onların gen hüceyrələrini zəhərləyirdi) kəndlərlə birlikdə 26 doğum evində “Kor-2”-nin törətdiyi fəsadlar daha ağır idi. Nəticədə, məsələnin belə genişlənməsi xüsusən Azərbaycanın doğum evlərinə nəzarət artırıldı.

Akademik, general İ.O.Kim “Zəhərli genetika” tədqiqat kitabında yazır: “Mənim fikrimcə ərazilərdə, ilk olaraq doğum evlərində təhlükəsizlik məsələlərini genişləndirmək vacibdir. Lakin doğum evlərində, uşaqların və hamilə qadınların qarşısını ala bilmədilər. Bir gündə təkcə Zəngəzur qəzasında 58 hamilə qadın və uşaq məhv oldu. Xarici dövlətlərin ağır ittihamlarından yaxa qurtarmaq üçün ərazilərdə həlak olan hamilə qadınların və onları övladlarının ayrıca qəbiristanlıqların salınması qadağan edildi. Məsələn, belə bir sual qoyulmuşdu: Nə üçün düşmən məhz, Qubadlı istiqamətində iş görür? Nə üçün Qubadlı ərazisi?

Akademik, Ulu Öndərin yaxın dostu Çazov sualı cavablandırarkən, xatırladır: Qubadlıda dahilər, təmiz və namuslu adamlar, Allaha bağlı olanlar çoxdur. Qubadlının genetik kodları həmişə diqqəti çəkib. Orada analar daha mərhəmətli, daha qüdrətlidir. Akademik Petrovskinin təqdqiqatında göstərilir ki, Qubadlı

ərazisi indiyədək 147 nəfər ana dünyanı idarə edə biləcək sərkərdə verib… Bu az deyil…

1938-ci ilin dekabrın 17-də bu məsələ Moskvada, “Kreml yığıncağı”nda siyasi məsələ kimi gündəmə gətirildi. Ölkənin təhlükəsizlik məsələlərinə baxan general polkovnik L.Beriya kəşfiyyat materialları əsasında hazırladığı məsələ ilə bağlı 30 dəqiqə çıxış etdi. Siyasi yığıncaqda ölkənin 28 nəfər tanınmış həkimi, genetikləri, mikrobioloqları, kimyaçıları, toksikoloqları… iştirlak edirdi. Nəticədə, siyasi yığıncaqdan sonra genetika ilə məşğul olan on iki azərbaycanlı həkim-genetik həbs olundu və iki gündən sonra güllələndi.

Baş Kəşfiyyat İdarəsinin polkovniki, hərbi həkim “Kor-2” dərmanlarının tərkib hissələrini yoxlayıb, yekun nəticə verməli idi. Məsələ bir az da böyüdü. 1938-ci ilin dekabrın sonunda Kremldə Qubadlı camaatının genetikası ilə bağlı xüsusi hazırlanmış “Məxfi Arayış” oxundu. (BKİ-1939. Altıncı İdarə. Polkovnik İ.D.Serpuxovun nəzarəti altında” Stalinə təqdim olundu).

Başqa bir məlumatda isə aydın oldu ki, qubadlılara edilən genetik hücum o vaxt Azərbaycan Kommunistlərinin başçısı M.C.Bağırovun da nəzarətində idi. O, bununla bağlı daha ciddi addım atdı. Bakı şəhər Səhiyyə sistemini tamam dəyişdi. Xarici ölkələrdən göndərilən dava-dərman dayandırıldı. Böyük Britaniyadan, Almaniyadan, Kanadadan göndərilən və dəyəri 276 min funt-sterlinq olan uşaq dərmanları yandırıldı. Araşdırma materiallarında göstərilir ki, Kəşfiyyat polkovniki, Zəngəzur qəzasına cavabdeh olan, həkim İ.D.Serkuxov Moskvaya – İ.Stalinin adına vurduğu teleqramda yazır: “Zəngəzur ağır bir bəladan qurtardı. M.C.Bağırov yoldaş Qubadlı genetikasını zəhərdən xilas etdi…”

Lakin qorxu hələ çəkilməmişdi. Psixoloji cəhətdən insanlar hələ də təhlükə altında idi. Fikrimcə Qubadlı elə bir ərazidir ki, o torpağı nə söymək, nə qana bələmək, nə yandırmaq, nə də dağıdıb viranı qoymaq olar. Çünki bu torpaq, bütövlükdə müqəddəsdir. Qubadlı həm də Zəngəzurun ən böyük ziyarətgah yeridir…

Mən Akademik, xalq yazıçısı Mirzə İbrahimovun “Qubadlı” tarixi romanından oxudum ki, burada Yusif Peyğəmbərin sümükləri dəfn edilib…

Araşdırma materialına görə dünyada ilk “Ana südü” ilə bağlı qiyam da məhz, Qubadlıda baş verib. Biz bu oxunmamış tarixə qayıdacağıq… /yenixeber.org

Professor Əliağa Cəfərov,

Rusiya Federasiyasının Beynəlxalq Ekologiya Akademiyasının akademiki

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password