BMT sözçüsü: “Əfqanıstanda 9 milyon nəfər 25 dərəcə şaxtada aclıqla üz-üzədir”

“Əfqanıstanda 9 milyon nəfəri 25 dərəcə şaxtada misli görülməyən aclıq gözləyir”.

“CNN Turk”ün verdiyi xəbərə görə, bunu BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığının sözçüsü Babar Baloç bildirib.

BMT sözçüsü: Əfqanıstanda 9 milyon nəfər 25 dərəcə şaxtada aclıqla üz-üzədir

“İnsanlar yetərincə yemək yemirlər. Bu, gözlə görünəcək həddədir. Havanın temperaturunun 25 dərəcə olacağı gözlənilir. Yurdundan edilən bir çox ailə uyğun bir sığınacağa malik deyil. Sərt şaxtalı havada onların əsas məqsədi sağ qalmaqdır”, – o vurğulayıb.

B.Baloç deyib ki, əhalinin təxminən 23 milyonu və ya ölkə əhalisinin 55 faizi aclıqla üz-üzə və onların 9 milyonu qıtlıq riskindədir: “Uşaqları üçün sığınacağı, yeməyi olmayan analarla yetim nəvələrinə baxmaq üçün evlərindən olmuş yaşlı insanlar təsbit edilib”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password