Aşıq Ələsgərin heykəlinin hazırlanması ilə bağlı müsabiqə keçiriləcək
Ekspert Komissiyası tərəfindən baxıldıqdan sonra abidənin hansı heykəltəraş tərəfindən hazırlanacağı məlum olacaq
Ən qısa müddətdə Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə açıq heykəltəraşlıq müsabiqəsi keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Bakı şəhər İcra Hakimiyyəti ilə aparılan danışıqlar nəticəsində abidənin yeri müəyyənləşdiriləcək.
Qeyd edilib ki, heykəltəraşlar tərəfindən təqdim edilən eskiz-layihələrə Ekspert Komissiyası tərəfindən baxıldıqdan sonra abidənin hansı heykəltəraş tərəfindən hazırlanacağı məlum olacaq.
Qeyd edək ki, noyabrın 30-da Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.