Əziz Səncər: 44 günlük savaşda bundan qorxurdum

 

Cənab İlham Əliyevlə çox məhsuldar söhbətim baş tutdu. Onunla danışacağımız çox söhbətimiz var idi. Qarabağ münaqişəsindən danışdıq. Qərbin, ATƏT-in Minsk Qrupunun ikiüzlülüyündən danışdıq.

Bunu türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər deyib.

O bildirib ki, 44 günlük müharibədə Azərbaycan haqq mübarizəsi aparıb:

“Əgər addım atmasaydıq, Qarabağ Ermənistanda qalardı. Şükür, bu gün torpaqlar geri qayıdıb. Mən bir türk millətçisiyəm. Amma əvvəlcə elmdə qüvvətli olmalısan. Əgər elmdə güclü olmasan, mübarizə apara bilməzsən. İlham Əliyev də bunu deyirdi. Mən başqa dövlət başçıları, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışanda demişəm, elmə diqqəti artırmalıq. Bizim hazırladığımız pilotsuz uçuş aparatlarının təməlində elm var. Mən “biz türklər” dedikdə Azərbaycan, Türkiyə və digər türk dövlətlərindən danışıram.

44 günlük müharibədə Amerika sərt reaksiya göstərəcək deyə, qorxurdum. Çünki orada erməni lobbisi güclüdür və təəssüf ki, Amerika biz türklərə nifrət edir.

44 günlük müharibədə Amerika tərəfindən reaksiya olmadı, başları prezident seçkilərinə qarışmışdı. Amerikalı, fransalı, ingilis nə deyə bilər? Azərbaycan haqlı olaraq öz torpağını geri qaytardı”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password