Dərini gözəlləşdirən qidalar
Qidalanma sağlamlıq üçün vacibdir. Sağlam olmayan pəhriz proqramı maddələr mübadiləsini poza, çəki almağınıza, hətta ürək və qaraciyər kimi orqanlara zərər vura bilər. Digər yandan yediyiniz qidalar başqa bir orqana – dərinizə də təsir edir.
Cildi daha gözəl və sağlam görünməsinə imkan verən qidaları təqdim edirik.
1. Balıq
Yağlı balıqların tərkibində iltihabı azaldan və dərinizi nəmli saxlayan omeqa-3 yağ turşuları var. Həm də yüksək keyfiyyətli protein, E vitamini və sink etiva edirlər. Qeyd edək ki, sink çatışmazlığı dəri iltihabına, yaralara və mövcud yaraların gec sağalmasına səbəb ola bilər.
2. Avokado
Avokadonun tərkibində sağlam yağlar çoxdur. Bu yağlar dərinizin sağlamlığı da daxil olmaqla bədəninizdə bir çox funksiyaya fayda verir. Tərkibində sağlam dəri üçün vacib olan E və C vitaminləri var.
3. Qoz
Qoz bədənin tək başına istehsal edə bilmədiyi yağ turşuları ilə zəngindir. Eyni zamanda sink, E vitamini, selen və zülal mənbəyidir.
4. Günəbaxan toxumu
Günəbaxan toxumu dəri üçün vacib antioksidan olan E vitamini ilə zəngindir.
5. Şirin kartof
Şirin kartof dərini günəşin zərərli şüalarından qorumağa yardımçı olur.
6. Qırmızı və ya sarı bibər
C vitamini ilə zəngin olan bu bibər növləri özündə dərinin quruluşunu qoruyan kollagen zülalını etiva edir. Bu, yaş artdıqca yaranan qırışların və dəridəki quruluğun qarşını alır.
7. Brokoli
Sağlam dəri üçün vacib olan vitamin, mineral və karotenoid qaynağıdır. Eyni zamanda dəri xərçənginin qarşısını almağa və cildi günəş yanığından qorumağa kömək edən sulforafan ehtiva edir.
8. Pomidor
Tərkibindəki zəngin C vitamini karoten, lutein və likopenin dərinizi günəşin təsirindən qoruyur, qırışların yaranmasının qarşısını alır.
9. Qara Şokolad
Şokoladın tərkibindəki kakaoda dərini günəş yanığına qarşı qoruyan antioksidanlar var. Bu antioksidanlar qırışları, dərinin qalınlığını, nəmləndirilməsini, qan axını və dəri toxumasını yaxşılaşdırır. Faydalarını maksimum dərəcədə artırmaq və şəkəri minimuma endirmək üçün tərkibi ən azı 70% kakao olan tünd şokolad seçin.
10. Yaşıl çay
Yaşıl çay dərinizi zədələnmədən və yaşlanmadan qorumağa kömək edir. Yaşıl çayın tərkibində olan kateşinlər dərini günəşin zərərindən qoruyan, nəmləndirən, qalınlıq və elastikliyini artıran, qızartını azaldan güclü antioksidantlardır.
11. Qırmızı üzüm
Qırmızı üzüm dərinin yaşlanma prosesini ləngidir.