Merkellə vida mərasimi keçirildi

 

Almaniya Kansleri Angela Merkelə hərbi vidalaşma vida mərasimi keçirilib.

Gələn həftə vəzifəsini Sosial Demokrat Partiyasından Olaf Şolza təhvil verəcək Merkel kansler olaraq keçirdiyi 16 ilin çox vaxt çətin keçdiyini deyib.

Qarşıda duran çağırışlara cavab tapmaq və gələcəyi formalaşdırmağın növbəti hökumətin öhdəsində olduğunu bildirən Almaniya kansleri gələn həftə postunu təhvil verəcəyi Olaf Şolza uğurlar arzulayıb.

Vida mərasimində Almaniya Prezidenti Frank Valter Ştaynmayer və xanımı Elke Büdenbender və bir çox yüksək vəzifəli siyasətçi iştirak edib.

Alman ordusunun “Grosser Zapfenstreich” adlanan mərasimi vəzifələri ilə vidalaşan prezidentlər, kanslerlər və müdafiə nazirləri üçün keçirilir.

Mərasimdə Merkelin özünün seçdiyi mahnıları səsləndirilib.

Angela Merkel vəzifəsini dekabrın 8-də Bundestaqda kansler kimi and içəcək Olaf Şolza təhvil verəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password