Maskdan inanılmaz iddia: “Bura real dünya deyil, oyunun içindəyik”

 

Texnologiya milyarderi, “SpaceX” və “Tesla”nın patronu İlon Mask yenidən ilginc açıqlama ilə gündəmə gəlib.

Bundan əvvəl bəşəriyyətin bir kompüter oyununda yaşadıqlarını iddia edən Mask bu dəfə bu iddiasına sübut olaraq 1970-ci illərdəki “Ponq” oyununu misal göstərib.

Onun sözlərinə görə, oyunun buraxılmasından sonrakı illərdə qrafika və oynama ilə bağlı irəliləyiş bəşəriyyətin real dünyadan fərqlənməyən rəqəmsal dünyalar yaratmağa doğru getdiyini göstərir.

Mask daha əvvəl filosof Nik Bostromun 2003-cü ildə yazdığı məqalədə irəli sürülən simulyasiya fərziyyəsi ilə razılaşdığını bildirib. Fərziyyə ondan ibarətdir ki, gələcəkdə hesablama sahəsindəki irəliləyişlər gələcək nəsillərə əcdadlarının son dərəcə təfərrüatlı simulyasiyalarını idarə etməyə imkan verəcək.

Bostrom iddia edir ki, bu baş verərsə, o zaman bizim kimi intellektualların böyük əksəriyyəti orijinal irqə yox, orijinal irqin qabaqcıl nəsilləri tərəfindən simulyasiya edilmiş insanlara aid ola bilər. Mask bu məqaləyə əsaslanaraq, yaşadığımız kainatın 99.99 faiz ehtimalla kompüter simulyasiyası olduğunu deyib.

Simulyasiyada yaşadığımız ideyası son yarım əsrdə elmi-fantastik filmlərdə və ədəbiyyatda məşhur mövzu olub: ən diqqətçəkən nümunələrdən biri “Matrix” seriyasıdır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password