Türkiyə Müdafiə Nazirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verib

 

Türkiyə Milli Müdafiə Nazirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verib.

Bu barədə nazirliyin tvitter səhifəsində paylaşım edilib.

“Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə aid bir helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik. Bu hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı verir və səbir diləyirik”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password