Tiflisdə 90 uşaq koronadan xəstəxanaya yerləşdirildi

 

Gürcüstanda uşaqlar arasında da koronavirusa yoluxma halları artır. Təkcə Tiflisin Çiçiaşvili adına uşaq xəstəxanasında 90 azyaşlı müalicə alır.

Klinikadan verilən məlumata görə, onların 13-nün vəziyyəti ağırdır.

“Koronavirusa yoluxanların sayı hələ də yüksəkdir. Hazırda klinikamızda 90 xəstə uşaq müalicə alır. Onlardan 13-nün vəziyyəti ağırdır. İkisinin vəziyyəti nisbətən ağırdır, hər ikisi süni tənəffüs aparatına qoşulub. Onlardan biri ayyarımlıqdır”, – klinikanın meneceri Salome Qambaşidze deyib.

Epidemioloqların hesablamalarına görə, ölkədə hazırda koronavirusa yoluxanların 15%-ni uşaqlar təşkil edir. Ötən illə müqayisədə uşaqlar arasında koronavirusa yoluxma faizi iki dəfədən çox artıb.

Qeyd edək ki, uşaqlar arasında koronavirusa yoluxma hallarının artması və ağırlaşmalar ciddi narahatlıq yaradır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password