Lirə, rubl və avro dollar qarşısında tab gətirmir, bəs manatın məzənnəsi necə dəyişə bilər?

 

Azərbaycanın əsas ticarət tərəfdaşlarında milli valyutalar son bir ayda hiss edilən dərəcədə dollara nisbətən zəifləyib. Həm ümumi xarici ticarətdə, həm də qeyri-neft ixracatında 2-ci ən böyük tərəfdaşımız olan qardaş Türkiyədə noyabr ayında dollara nisbətən 9.5-dən 12.5-dək geriləyən lirə, son ayda 22 faiz dəyərsizləşib.

Bu barədə açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov fikir səsləndirib. O bildirib ki, qeyri-neft ixracatımızda əsas ticarət tərəfdaşımız və ən çox məhsul idxal etdiyimiz Rusiya rublu üçün də ürəkaçan olmayıb: “Noyabra dollara nisbətən 70.8 məzənnəsi ilə başlayan rubl, ayın sonuncu günü birjalara 75.0 kursu ilə çıxarılıb. Bu 1 ayda Rusiya rublunun ABŞ puluna nisbətən 6 faizə yaxın ucuzlaşması deməkdir. Azərbaycanın əsas ticarət tərəfdaşı olan Avrozonanın vahid valyutası da ABŞ dolları ilə rəqabətdə uduzub. Noyabr ayına dollara nisbətən 1.16 kursu ilə başlayan avro, daha sonra 1.13 bəndinə qədər dəyər itirib. Bu da avro üçün 3 faizlik ucuzlaşması deməkdir”.

Vüqar Bayramov: "Qeyri-neft ixracatı rekord səviyyəyə

Vüqar Bayramovun sözlərinə görə, regional valyuta bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə olacağı hər kəsi düşündürür: “Milli valyutamızın kursuna təsir göstərən əsas iqtisadi faktorlar, ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələrinin dəyişməsi ən azı psixoloji faktorlardan hesab olunur. Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır. Nəticə etibarilə, Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa məhz Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password