Əliyev Paşinyanı məcbur etdi ki… – Ermənilər Soçi görüşünün detallarını açıqlayır
Ermənistan mediası Soçi görüşü ilə bağlı müəyyən detallara diqqət çəkib.
Ermənistanın “Hayeli” saytı görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin sıfır öhdəlik götürdüyünü yazır.
Sayt qeyd edir ki, Azərbaycan əsirləri (saxlanılan erməni terrorçular) qaytarmayacaq, qoşunlarını çıxarmayacaq: “Əliyev sərhədlərin delimityasiya edilməsinə nail oldu. Nikol Ermənistana əliboş qayıtdı”.
Sayt yazır ki, Əliyevlə Paşinyanın yazılı şəkildə nəyi razılaşdıqları məlum olsa da, onların “şifahi anlaşması”nın məzmunu məlum deyil.
“Təcrübə göstərir ki, şifahi razılaşmalar Ermənistan üçün ölümcül olur. Misal üçün, 10 noyabrdan sonra Gorus-Qafan yolunun 21 kilometrlik ərazisinin qaytarılması şifahi razılaşma ilə olub”, – məqalədə bildirilir.
Sat Paşinyanın görüşdən sonra verdiyi açıqlamalara diqqət çəkir.
“Nikol bildirdi ki, əgər görüşdən öncə müəyyən fikir ayrılıqları olsa da, müzakirələrdən sonra Azərbayanla bütün məsələlərdə tam anlaşma əldə olunub. Paşinyan əlavə heç nə demədi, amma Əliyev görüşdən bir gün sonra Aşqabadda “Zəngəzur dəhlizi” məsələsinin həll edildiyini açıqladı. Nikolun təbliğatçıları dəhlizin olmadığını, sadəcə yol veriləcəyini deyir, halbuki, reallıq fərqlidir. Müharibədə də eyni ssenari baş vermişdi. Azərbaycab Ordusu Cəbrayıla nəzarəti bərpa edəndə, Paşinyanın komandası təkzib edirdi, Hadruta çatanda yenə təkzib etdilər. Nəhayət, Şuşaya çatanda etiraf etməyə məcbur oldular və Paşinyan kapitulyasiya aktını imzaladı. Dəhlizlə bağlı da eyni şey olacaq”, – sayt bildirir.
“Hraparak” nəşri də yazır ki, Soçidə Əliyev Zəngəzur dəhlizinə nail olub.
“Əliyev bir gün sonra Aşqabadda bunu rəsmi şəkildə elan etdi və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri dəhlizdən istifadə etməyə dəvət etdi”, – nəşr yazır.
Asif