Ruslar təşviş içində: Türk istehsalı Bayraqdar artıq bölgədə…
Avropadakı ilk hücumdan bir ay sonra Türkiyədən havaya qalxan təyyarənin marşrutunu izləyən rus mediası “Türk quşlarının yeni parçalarını daşınır” iddiası ilə çıxış edib.
Türkiyənin istehsal etdiyi Bayraqdar TB2 model Pilotsuz Uçuş Aparatının (PUA) ilk dəfə Avropada istifadə edilməsi şərtləri dəyişib, ruslar havalanan türk təyyarəsini “təcili” kod adı ilə duyurub.
Rus mediası Bayraqdar TB2 PUA-nın Ukraynanın şərqindəki separatçılara qarşı istifadəsinə dair hər gün məlumat yayır.
Türkiyədən havaya qalxan karqo təyyarəsinin istiqamətinin Ukraynaya olduğunu iddia edən rus mediası təyyarədə yeni PUA-ların olduğunu irəli sürüb.
Rusiya hərbi mütəxəssisi Akim Apaçev bunu təcili vəziyyət kimi qiymətləndirib. O bildirib ki, Ukraynaya aid İl-76 təyyarəsi gizlicə “Türk quşlarının yeni parçasını” daşıyır. Əlavə edilir ki, Ukraynanın karqo təyyarəsi Təkirdağdakı Çorlu hava limanından havaya qalxıb.
Bu ərazinin Bayraqdar TB2-lərin təlim ərazisi olduğunu qeyd edən Apaçev təyyarənin Qara dənizin sahilindəki Odessa şəhərinə eniş etdiyini iddia edib.
Məlumat üçün deyək ki, Apaçev PUA-ların Donbasdakı ilk hücumundan sonra bəyan etmişdi ki, Kiyevin əlindəki 30 ədəd Bayraqdar TB2 Donbas üçün deyil, eyni zamanda Rusiya üçün də ciddi bir meydan oxumaqdır.
Apaçev hadisələrin inkişafını belə təsvir etmişdi: Bəli, Türk quşları yüksək səviyyəli və çox təsirli silahlardır. Həm Liviya, həm də Suriyada rus hava müdafiə sistemləri bu problemlə baş çıxarmadı”.
Xatırladaq ki, Ukrayna ordusu oktyabrın 26-da rəsmən bəyan etmişdi ki, Bayraqdar TB2 ilk dəfə istifadə edilib və Rusiya istehsalı olan silahlar məhv edilb.