Erməni milyarder hakimiyyətə gəlsə… – Razuvayev
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşü, daha doğrusu, onun nəticələri bir il əvvəl baş vermiş müharibədən sonra bağlanmış razılaşmaların davamı oldu. O vaxtdan bəri qüvvələr balansı dəyişməyib.
Bunu açıqlamasında rusiyalı iqtisadçı Aleksandr Razuvayev deyib.
Razuvayevin sözlərinə görə, Ermənistan iqtisadiyyatı acınacaqlı vəziyyətdədir, Bakı isə yeni imkanlar əldə edib:
“Beynəlxalq turizm və əmək miqrantlarından asılı olan Ermənistan iqtisadiyyatı COVİD-19 pandemiyasından əziyyət çəkməkdə davam edir. Ermənistana əsas turistlər Rusiyadan idi, lakin İrəvanda keçirilən antirusiya mitinqlərindən sonra ora getmək istəyənlərin sayı xeyli azalacaq. Əksinə, neft qiymətləri əhəmiyyətli dərəcədə yüksəldi və spot qaz qiymətləri tarixi rekordları qırdı. Azərbaycan xammal ixracatçısı kimi yeni rəqabət üstünlükləri əldə edib”.
Ekspertin sözlərinə görə, milyarder Ruben Vardanyan Ermənistanda yüksəlişə nail ola bilər:
“Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi, milyarder Ruben Vardanyan (“Forbes” onun sərvətini 1 milyard dollar qiymətləndirir) RBC telekanalına müsahibəsində siyasi karyeraya başlamaq niyyətində olduğunu bildirib.
Bu baxımdan Ermənistanın ağıllı lideri ola bilər və Bakı ilə rəqabət apara bilər. Təbii ki, o, Qarabağda revanşa getməyəcək. Ermənistan və Azərbaycanın hərbi və iqtisadi potensialı həddən artıq fərqlidir. Amma o, iqtisadiyyatı sıfırdan qurmağa qadirdir”.