Ərdoğanın təklifinə Ukraynadan müsbət – Reaksiya

 

Donbas və Krımla bağlı danışıqların məkanı Belarusdan Türkiyəyə keçirilməlidir.

Bu barədə ukraynalı millət vəkili İrina Geraşenko danışıb.

Ukraynanın tərəfdaşlarının Rusiyaya təzyiqi ilə bağlı atılan bütün addımları alqışladıqlarını söyləyən Geraşenko danışıqların keçirildiyi Minskdən daha öncədən imtina etməli olduqlarını bildirib.

Müzakirələrin aparılacağı ehtimal edilən yerin Türkiyənin olacağını qeyd edən Geraşenko deyib:

“Ancaq ilk növbədə “Normandiya” formatındakı tərəfdaşlarımızla Almaniya və Fransa ilə məsləhətləşmələr aparılmalıdır. Biz də yaxın müttəfiqlərimizi dinləmək istərdik”.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə hazır olduqlarını bəyan edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password