Tiflis “3+3” formatına niyə qoşulmur? – Əsas qorxu
Gürcüstanda siyasi böhran həll olunmayana qədər “3+3” formatında irəliləyiş olmayacaq.
Bunu rusiyalı siyasi ekspert Nikolay Silayev Tiflisin “3+3” mexanizminə qoşulmağın hazırda Gürcüstanın gündəmində olmadığı barədə bəyanatını şərh edərkən deyib.
“Gürcüstanın bugünkü xarici siyasəti Qərbin, yəni Aİ və ABŞ-ın bu siyasəti dəstəkləməsinə əsaslanır. Gürcüstan Rusiyanın da olduğu “3+3″ formatına girəcəyi təqdirdə Qərblə əlaqələrinin zəifləyəcəyindən qorxur”, – Silayev vurğulayıb.
Tiflisin Rusiya və Türkiyə ilə birbaşa dialoq qurmaqdan çəkindiyini bildirən Silayev bu səbəblərdən Gürcüstanda siyasi böhran həll olunmayana qədər “3+3” formatında irəliləyiş olmayacağını proqnozlaşdırıb.