Soçi görüşünün Rusiya üçün əhəmiyyətini artıran səbəb – Sergey Markov açıqladı
“9-10 noyabr 2020-ci il tarixli Atəşkəş Müqaviləsinə sadiqlik bir daha təsdiqlənəcək. Bu, ümumilikdə vacibdir və nəzərə alsaq ki, Ermənistanda bu sazişin ləğvi əhval-ruhiyyəsi artır, Soçidə, Putinin iqamətgahında Azərbaycan, Ermənistan, Paşinyan və Rusiya liderlərinin görüşdə üçtərəfli birgə bəyanatın təsdiqlənməsi ehtimalı 100%-ə yaxındır”.
Bunu açıqlamasında tanınmış rusiyalı politoloq Sergey Markov deyib.
O bildirib ki, Soçi görüşü Rusiya üçün çox əhəmiyyətlidir:
“Sərhədin delimitasiyası və demarkasiyası haqqında sonda işçi qrupu yaradılacaq. Bu ehtimal da 90%-dir. Xəritə kimi Rusiya ordusunun Baş Qərargahının Azərbaycan SSR ilə Ermənistan SSR arasındakı sərhəd xəritələrindən istifadə olunacaq.
Nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı 4 dəhliz məsələsi gündəmdədir:
I. Qarabağ və Ermənistan arasında Laçın dəhlizi uğurla fəaliyyət göstərir. Amma Azərbaycan istərdi ki, Azərbaycanın gömrükçüləri orada görünsünlər.
II. Ən mühüm dəhliz olan Zəngəzur, Naxçıvan arasında Türkiyəyə, Ermənistan vasitəsilə Azərbaycana və daha sonra Rusiyaya çıxışı təmin edə bilər. Bu, bölgənin inkişafına ən böyük iqtisadi təsir göstərəcək nəqliyyat kommunikasiyası ola bilər.
III. Ermənistan və Rusiya arasında dəhliz məsələsi.
IV. Qarabağın rus sülhməramlıların nəzarətindəki ermənilərin yaşadıqları hissəsi ilə Azərbaycan ərazisi arasında marşrutların açılması.
Son həftələr intensiv danışıqlar gedir. Hər hansı bir yüksəlişin olub-olmayacağı hələ dəqiq deyil. Görüş zamanı çox məsələylə bağlı qərar verilə bilər.
Azərbaycanda əsirlikdə olan çoxlu sayda erməni hərbçiləri var. Amma Azərbaycan təkid edir ki, yalnız 10 noyabr sülh müqaviləsindən sonra silahla əsir düşənləri saxlasın. Görüşdən əvvəl Azərbaycan iki əsiri Ermənistana təhvil verib. Belə ki, əsir məsələsi ilə bağlı Paşinyan evə əliboş qayıtmayacaq. Bunu da Əliyevin Paşinyana növbəti jesti adlandırmaq olar.
Soçi görüşü zamanı bəzi humanitar məsələlərdə də razılıq əldə olunacağını düşünürəm. Həmçinin gündəmdə Ermənistanla Türkiyə arasında münasibətlərin bərpası məsələsi var.
Bütün bunlarla yanaşı, dekabrın 15-də Brüsseldə Aİ-nin anti-Rusiya Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Paşinyan və Əliyev arasında görüş gözlənilir. Rusiya üçün vacibdir ki, Soçidə Rusiya ilə vacib olan hər şey həll olunsun və Brüssel yalnız Putinlə müqavilələri zamin kimi təsdiqləmək məcburiyyətində qalsın. Putin üçün bu, mühüm görüşdür, çünki Putin Azərbaycan və Ermənistan arasında müharibənin bitməsini Rusiyanın 2020-ci ildəki ən mühüm siyasi uğuru hesab edir”./milli.az