Alimlər “buster” dozanın əhəmiyyətini elmi yolla təsdiq ediblər

 

İsrailli alimlərin araşdırmasının nəticələrinə görə, koronavirusa yoluxma ehtimalı peyvəndin ikinci dozasından 3 ay sonra əhəmiyyətli dərcəyə çatır və zaman keçdikcə tədricən artır.

Alimlərin müşahidə etdiyi şəxlər Pfizer-BioNTech preparatı ilə vaksinasiya olunanlardır, lakin nəticələr ümumiyyətlə digər vaksinlərə də şamil edilə bilər.

Ümumilikdə, ikinci inyeksiyadan ən azı üç həftə sonra PCR testindən keçən və əvvəllər COVID-19 infeksiyasına yoluxmayan 80 057 israillinin elektron tibbi qeydləri araşdırılıb. Peyvəndin ikinci dozasınən qəbulundan 90 gün sonra başlayaraq tədqiqatçılar peyvənd olunanlar arasında infeksiyaların sayında tədricən artım müşahidə ediblər.

İkinci dozadan 21-89 gün sonra bütün yaş qruplarında müsbət testlərin nisbəti 1,3%, 90-119 gündən sonra – 2,4%-ə, 120-149 gündən sonra 4,6%, 150-179 gündən sonra – 10,3%, 180 və daha çox gündən sonra – 15,5% qədər yüksəlib.

Alimlərin əsas qənaəti budur ki, zaman keçdikcə iki komponentli vaksinlərin qoruyucu təsiri zəifləyir, təxminən altı aydan sonra üçüncü “buster” doza tələb olunur.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password