“Bavariya” və “Mançester Yunayted” qələbə qazandı

 

Noyabrın 23-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

Turun ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma keçiriləcək. Turun ilk oyunları “Bavariya” – “Dinamo Kiyev” və “Villarreal” – “Mançester Yunayted” klubları arasında keçirilib.

E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş Almaniyanın “Bavariya” klubu Ukraynada “Dinamo Kiyev”in qonağı olub. Oyunun 14-cü dəqiqəsində qonaqların hücumçusu Robert Levandovski möhtəşəm qol ilə hesabı açıb. Görüşün 42-ci dəqiqəsində Kinqsley Koman “Bavariya”nın ikinci topunu vurub. Oyunun 70-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Denis Harmaş vurulan qollardan birinin əvəzini çıxsa da “Dinamo Kiyev” məğlubiyyətdən xilas ola bilməyib – 1:2.

İspaniyada keçirilən matçda isə “Mançester Yunayted” “Villarreal”ın qapısından iki cavabsız top keçirib. Mançester təmsilçisinin qollarını Kriştiano Ronaldo (78) və Jadon Sanço (90) vurub.

E qrupu

“Dinamo Kiyev” (Ukrayna) – “Bavariya” (Almaniya) – 1:2;

“Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya).

Qrupdakı vəziyyət: “Bavariya” – 15, “Barselona” – 6, “Benfika” – 4, “Dinamo” – 1.

F qrupu

“Vilyarreal” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 0:2;

“Yanq Boyz” (İsveçrə) – “Atalanta” (İtaliya).

Qrupdakı vəziyyət: “Mançester Yunayted” – 10, “Vilyarreal” – 7, “Atalanta” – 5, “Yanq Boyz” – 3.

G qrupu

“Lill” (Fransa) – “Zaltsburq” (Avstriya);

“Sevilya” (İspaniya) – “Volfsburq” (Almaniya).

Qrupdakı vəziyyət: “Zaltsburq” – 7, “Lill” – 5, “Volfsburq” – 5, “Sevilya” – 3.

H qrupu

“Malmö” (İsveç) – “Zenit” (Rusiya);

“Çelsi” (İngiltərə) – “Yuventus” (İtaliya).

Qrupdakı vəziyyət: “Yuventus” – 12, “Çelsi” – 9, “Zenit” – 3, “Malmö” – 0.

Digər görüşlər Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, hələlik “Bavariya” və “Yuventus” ilə yanaşı, “Liverpul” və “Ayaks” klublarının da pley-offa vəsiqə qazanması dəqiqləşib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password