Prezident bir neçə ölkənin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

 

İlham Əliyev Banqladeş, Flippin, Kamboca və Çilinin yeni təyin edilən səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Banqladeşin ölkəmizdə yeni təyin olunmuş səfiri Qousal Azam Sarkerin etimadnaməsini qəbul edib. Səfir Qousal Azam Sarker əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji siyasətində əldə etdiyi uğurlarda Prezident İlham Əliyevin müdrik siyasətini yüksək qiymətləndirdiklərini vurğulayıb. O qeyd edib ki, səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcək.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Dövlət başçısı səfirlə söhbət edib. Prezident ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində yaxşı siyasi dialoqun aparıldığını vurğulayıb və Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin 2023-cü ilədək uzadılmasında Banqladeşin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələrin maraqlarının qorunması, COVID-19 ilə mübarizə, vaksinlərin ədalətli bölgüsü sahəsində fəal şəkildə böyük səylər göstərdiyini qeyd edib.

İlham Əliyev tarixi torpaqlarımızın erməni işğalından azad edilməsi məsələsində həm Qoşulmama Hərəkatı, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın haqlı mövqeyinin Banqladeş tərəfindən dəstəkləndiyini yüksək qiymətləndirib.

Dövlət başçısı Qousal Azam Sarkerin səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişafına və iqtisadi əməkdaşlığın prioritetlərinin müəyyənləşməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarker ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini deyib.

Azərbaycan Prezidenti bu gün Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabrenin etimadnaməsini qəbul edib. İlham Əliyev həmçinin Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Henq Measın da etimadnaməsini qəbul edib.

Ölkə başçısı son olaraq Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rodriqo Arkosun da etimadnaməsini qəbul edib.

Prezident bir neçə ölkənin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib Prezident bir neçə ölkənin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib Prezident bir neçə ölkənin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password