Şuşada mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb

 

Bu gündən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) “Mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi” (MESD) proqramının tətbiqinə başlayıb.

Bu barədə Agentlikdən bildirilib.

Proqram sənədlərin icrasında operativliyin və effektivliyin artmasına, müvafiq dövlət qurumları ilə rabitənin möhkəmlənməsinə töhfə verəcək.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov bildirib ki, hazırda Şuşa özünün intibah dövrünü yaşayır, şəhərdə irihəcmli infrastruktur layihələri həyata keçirilir, erməni işğalı zamanı dağıdılmış tarixi abidələr bərpa olunur: “Bir çox yerli və xarici şirkətlər Şuşanın bərpasında iştirakdan qürur duyur, amma bu işlərin operativ təşkili, həm dövlət, həm də özəl şirkətlərlə sənəd dövriyyəsinin müasir formada təmin olunması vacib prioritetlərdən birinə çevrilib. Müasir tələblərə cavab verən hər bir təşkilatda sənəd dövriyyəsinin elektronlaşdırılması tapşırıqların icrasının effektivliyini, əməkdaşın iş qabiliyyətini və bacarıqlarını müəyyən edən əsas amillərdən biridir. Bu baxımdan qeyd olunan sahədə böyük təcrübə qazanmış “ASAN xidmət” ilə əməkdaşlığa başlamağımızı vacib mərhələ kimi qiymətləndiririk”.

Noyabrn 17-də “Elektron Hökümətin İnkişafı Mərkəzi”nin (EHİM) direktoru Fariz Cəfərov Şuşada Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəhbərliyi və əməkdaşları üçün MESD, “ASAN Login”, “myGov”, İnsan resurslarının idarə olunması sistemi, digər uğurlu layihələr haqqında ətraflı məlumat verib. Təqdimat zamanı F.Cəfərov dövlət qurumları tərəfindən göstərilən xidmətlərin “ASAN xidmət index”i vasitəsilə qiymətləndirildiyini bildirib.

Treninqin sonunda süni intellekt, “Big Data” texnologiyasına artan tələbat və IV sənaye inqilabı dövründə Azərbaycanın çağırışları mövzusunda da fikir mübadiləsi aparılıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password