Özəl sektorlarda maaşlar nə qədər artacaq?

 

Azərbaycan Maliyyə Nazirliyindən verilən məlumata görə, bu ilin ilk 7 ayı ərzində ölkədə inflyasiya həcmi 4,5%, il sonuna qədər isə 4,9% təşkil edəcək. Bu isə o deməkdir ki, hazırda ölkədə inflyasiya da kifayət qədər hiss olunacaq dərəcədədir.

Ölkə prezidenti İlham Əliyev tərəfindən “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalanıb ki, bu da beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.

Bu məqsədlə Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılıb.

Belə ki, 2022-ci ilin dövlət büdcəsi layihəsinə əsasən minimum əməkhaqqı 250 manatdan 300 manatadək artırılacaq. Bu isə o deməkdir ki, istər özəl, istərsə də dövlət müəssisələrində çalışan işçilərin minimum əməkhaqqı 300 manatdan aşağı olmayacaq.

Bu zaman özəl sektorda çalışanlarda belə bir sual yaranır ki, 2022-ci ilin dövlət büdcəsi layihəsindəki əməkhaqqı artımı onların da maaşlarına təsir edəcəkmi? Bu qanundan sonra əməkhaqları artacaqmı?

Məsələ ilə bağlı danışan UNEC-in professoru, iqtisadçı alim Elşad Məmmədov bu dövlət büdcəsi layihəsinin özəl sektorda çalışanların maaşında 20% həcmində artıma səbəb ola biləcəyini açıqlayıb:

“Maaş artımı özəl sektorlara da təsir edəcək. Çünki dövlət müəssisələrində maaş artmalıdır ki, özəl sektorlarda da artım olsun. Bu, labüddür. Maaşlar artmalıdır. Lakin, çox təəssüf ki, ölkədə inflyasiyanın yüksək səviyyədə olması bu əməkhaqqı artımının müsbət nəticələrini heçə endirir. Mən düşünürəm ki, özəl sektorda da maaşlar artacaq. Lakin inflyasiya ilə effektiv mübarizə aparılmazsa, bunun faydası olmayacaq. Düşünürəm ki, təxminin özəl sektorlarda çalışanların maaşlarında 20% artım olacaq. Amma real olaraq 20% artım belə yetərli hesab edilə bilməz”.

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Fazil Talıbov saytımıza açıqlamasında bildirib ki, bu qanunun sadəcə Milli Məclisdə qəbul edildikdən və ölkə prezidenti tərəfindən təsdiq edildikdən sonra nazirlik mövzu ətrafında müəyyən mülahizələr irəli sürüb, fikir bildirə bilər:

“Biz mərkəzi icra hakimiyyəti orqanı olaraq layihə şəklində olan qanuna şərh verə bilmərik. Bu haqda sadəcə müəyyən ekspertlər, iqtisadçılar danışa və təxmini proqnozlar verə bilərlər. Biz bir müddət gözləməliyik ki, o qanun qəbul edilsin, sonra fikir bildirilsin“.

Qeyd edək ki, ekspertlərin sözlərinə görə, muzdlu bazarla bağlı (əmək müqaviləsi ilə çalışanlar) daha çox məlumatlar yerləşdirilir. Hazırda ölkədə 1 milyon 750 min insan muzdlu bazarda çalışır. Bunun da 930 min çalışanı dövlət sektorunun payına düşür. Bundan da məlum olur ki, özəl sektorda çalışanlar 53% təşkil edir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password