Rusiya Türkiyəyə qeyri-rəsmi embarqo qoydu – Sərhəddə gərginlik

 

Türkiyənin pomidor başda olmaqla təzə meyvə-tərəvəz ixrac etdiyi ölkələrdən biri olan Rusiya 2015-ci ildəki təyyarə gərginliyi səbəbindən pomidor alışını dayandırmışdı, 1 noyabr 2017-ci il tarixindən etibarən isə 50 min tonluq kvota tətbiq etməyə başlayıb.

Pomidora kvota tətbiq edən Rusiya bu dəfə analiz tələbini şərti üzüm, bibər, gavalı, nar və balqabaq məhsullarına tətbiq edir.

Həftələrlə aparılan analizlərə görə sərhəd qapısında gözlədilən məhsular çürüyür.

Məsələ ilə bağlı “Habertürk”-ə açıqlama verən meyvə-tərəvəz ixracatçısı Əli Uçar bildirib ki, Rusiya Türkiyəyə qeyri-rəsmi embarqo qoyub: “20 gündür sərhəddə gözləyən minlərlə TIR var”.

“Rusiya səndən məhsul almayacağam” demir. “Alacağam” deyirlər, amma qapıda gözlədirlər. Bizə qeyri-rəsmi embarqo qoyurlar. Hər gün yeni analiz tələbi irəli sürürlər. Tonlarla məhsul gömrükdə çürüyür”, – Uçar bildirib.

Onun sözlərinə görə, Türkiyədə lazımi analiz sənədləri aldıqları təqdirdə, Rusiya son 15 gündə hər məhsuldan analizlər almağa başlayıb.

O, Rusiya sərhədində mindən çox yük maşının gözlədiyini deyib: “Bəzən heç bir analiz belə almadan onları sərhəddən Türkiyəyə geri göndərirlər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password