Bu da 16 Noyabr döyüşünün siyasi nəticəsi…

 

Ermənistanın demarkasiyaya başlamağa hazır olduğu və bununla bağlı müzakirəyə başlamaq istəyi barədə Moskvaya müraciət etdiyini rəsmən elan etməsi müsbət hal kimi dəyərləndirilə bilər.

Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının ötən gün mətbuat konfransı keçirərək, demarkasiya prosesinə başlamağa hazır olduğu haqda rəsmi açıqlama verməsi haqda danışarkən deyib.

Politoloq bildirib ki, bu, heç də İrəvanın öz xoşu ilə verdiyi qərar deyil:

“Azərbaycan müharibədən dərhal sonra sülh danışıqlarına hazır olduğunu, demarkasiya və delimitasiyaya başlamağın vacibliyini bildirdi və “3+3” formatını təklif etdi. Rusiya isə artıq bir neçə aydır ki, Prezident Putin səviyyəsində demarkasiyaya başlamağın vacibliyi barədə Ermənistana açıq müraciət edib və bu müraciət dəfələrlə səsləndirilib. Bunun əvəzində isə biz İrəvandan müsbət cavab yox, hərbi təxribat, eyni zamanda siyasi manipulyasilar gördük. Niyə məhz 19 noyabrda Ermənistan tez-tələsik buna razılaşdığını elan etdi? Əlbəttə ki, bu, Ordumuzun ermənilərin 16 noyabr təxribatına cavabının nəticəsidir. Ermənistan bir daha əmin oldu ki, siyasi manipulyasiyalar, danışıqların imitasiyasına cəhd, təxribatlar törətməklə masada “daha üstün mövqedən çıxış etmək” xülyaları əbəsdir”.

Q.Hüseynli Ermənistanın bu mövqeyinə Rusiyanın da ciddi təsir etdiyini bildirib:

“Ermənistan “ərazi bütövlüyünün təmini üçün” Rusiyaya müraciət də etdi və 1997-ci il razılaşmasının icrasını istədi. Cavab isə qəti şəkildə bu idi ki, əvvəlcə Ermənistanın sərhədləri müəyyənləşməlidir, sonra hansısa ərazi pozulmasından söhbət gedə bilər. Nikol Paşinyan bir daha dərk etdi ki, 10 noyabr və 11 yanvar bəyanatlarının icrasından müxtəlif spekulyasiyalarla imtina Rusiyanın da maraqlarında deyil. Bu bəyanatlara Rusiya zamin durub və onun icrasından da məsuliyyət daşıyır. Ona görə də demarkasiyaya başlamaq barədə razllığını bildirdi”.

Politoloqun fikrincə, Ermənistanın prosesə başlamaq istəyi məqbul sayılsa da, münasibəti pozitiv deyil:

“Ermənistan parlamentinin müvafiq komissiyası açıqlamasında “sıfırdan” başlamaq üçün “hazırlıq mərhələsinə” start verilə biləcəyini bildirdi. Eyni zamanda hələ hansı xəritələrlə demarkasiyanın başlaması dəqiqləşməyib. Rusiya Prezidenti bu xəritələrin 1920-ci illər xəritəsi olacağını elan etmişdi. Ermənistan isə 1975-ci il xəritələrini gündəmə gətirməyə çalışır. Yəni qarşıda hələ çox çətin bir diplomatik mübarizə var”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password