Əgər bu olmasa, Qarabağda döyüşlər yenidən başlayacaq və… – Rus ekspert

 

Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan gərginliyin səbəbi sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı irəliləyişin olmamasıdır.

Bu sözləri Rusiya Siyasi Araşdırmalar İnstitunun direktoru Sergey Markov qeyd edib.

O bildirib ki, SSRİ dağılandan sonra Ermənistanın Qarabağı işğal etməsi ilə sərhədin hər iki hissəsi Ermənistanın nəzarəti altına keçib: “Bu torpaqlar işğal olunub. İndi də Azərbaycan Ordusu öz dövlət sərhəddinə qədər gedib çatıb. Ancaq hələ də sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı işlər aparılmayıb. 30 ilə yaxındır ki, bu ərazilər Ermənistan tərəfindən iki istiqamətdə mənimsənilib:

1. Ərazinin çox hissəsi boş idi. Ermənilər azərbaycanlı əhalini oradan çıxartdı. Hər şeyi məhv etdilər və sadəcə olaraq bu əraziləri “tanınma və təhlükəsizlik müqabilində ərazilər” prinsipi ilə gələcək mübadilə üçün əllərində saxladılar. İndi Azərbaycan öz əraziləri geri qaytarıb və onu bərpa etməyə başlayır. Burada hər şey aydındır.

2. Sərhəd boyu zolaq. Sərhəddəki erməni əhalisi Azərbaycanın bu ərazilərini kortəbii şəkildə mənimsəməyə başladı. Yardımçı tikililər, evlər tikdilər, əkin sahələri saldılar. Azərbaycan xəritələrinə görə, bura Azərbaycan SSR ərazisi idi və buna görə də Azərbaycan haqlı olaraq sərhədlərin müəyyənləşdirilməsini tələb edir”.

S.Markov qeyd edib ki, hazırda ölkəsində satqın adlandırılan Nikol Paşinyanın erməni xalqının qarşısına çıxmağa və onların bu əraziləri tərk etməli olduğunu deməyə cəsarəti çatmır: “Bu səbəbdən də Azərbaycan təkbaşına hərəkət etmək məcburiyyətindədir. Belə olduqda isə qarşıdurmalar yaranır. Əgər sərhədlər müəyyənləşməsə, o zaman döyüşlər təkrarlanacaq və gərginlik daha da artacaq.

Vəziyyətdən çıxış yolu sadədir – Rusiya Baş Qərargahının xəritələrindən istifadə etmək lazımdır, onlar ən dəqiqidir. Və sərhədin demarkasiyası və delimitasiyası mümkün qədər tez həyata keçirilməlidir. Rusiya Müdafiə Nazirliyi burada vasitəçi olmalıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password