Ekspert: “Ölkədə iqtisadi və sosial problemlər Mikayıl Cabbarovun söylədikləri fikirlərlə həll olmayacaq”

İqtisadiyyat Naziri Mikayıl Cabbarov bu gün Parlamentdə büdcə müzakirələri zamanı deyib ki, ölkənin yeni straeteji inkişaf proqramı qəbul ediləcək, Azərbaycanın 2030-cu ilə qədər inkişaf istiqamətləri və hədəfləri müəyyənləşəcək. Əsas hədəflərdən biri də ölkənin neftdən asılılığının sıfıra endirilməsidir.

Nazirin açıqlamasını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli fikirləri müsbət dəyərləndirsə də, reallığın tamam başqa olduğunu dilə gətirib: “Əvvəl ondan başlayaq ki, 2012-ci ildə “Azərbaycan-2020” konsepsiyası qəbul edilmişdi. Bu sənəddə də gözəl hədəflər var idi, amma reallaşmadı. Hökumət çıxıb izah etmədi ki, niyə bu konsepsiya yerinə yetirilmədi, səhvlər harada idi və sairə.  İndi də növbəti dəfə kağız üzərində arzuların ifadəsini görürük, hələ də problemlərin kökü haqqında heç bir analiz yoxdur. Gəlin rəqəmlərin dili ilə danışaq:

1) “Azərbaycan-2020” konsepsiyasında əsas hədəflərdən biri o idi ki, 2020-ci ildə məmləkətdə adambaşına düşən ÜDM 13000 dollar olacaq, reallıqda isə 2020-ci ildə adambaşına düşən ÜDM 4271 dollar oldu – yəni hədəfdən 3 dəfə az göstərici ilə proqramı yekunlaşdırdılar.

2) “Azərbaycan-2020” konsepsiyasında hədəf qoymuşdular ki, proqram tamamlananda, 2020-ci ildə məmləkətdə qeyri-neft sektorunun ixracı adambaşına 1000 dollar olacaq, reallıqda isə 2020-ci ildə adambaşına 189 dollarlıq qeyri-neft ixracı baş verdi – yəni hədəfdən 5 dəfə az real rəqəmlərlə rastlaşdıq.

Natiq Cəfərli: “Hökumət manatın məzənnəsinə dəyişiklik etmək  məcburiyyətində qalacaq” - BBC News Azərbaycanca

Natiq Cəfərli əlavə edib ki, ölkədə iqtisadi, sosial problemlərin həlli Mikayıl Cabbarovun, digər nazir və məmurların söylədikləri fikirlərlə həll olmayacaq: “Həll yolu iqtisadiyyatda da deyil, əsas səbəblər məhkəmə hakimiyyəti və hüquq-mühafizə sahəsinin islahatlarındadır. Ölkədə rifaha gedən yol Konstitusiyanın dəyişdirilməsindən, yeni idarəetmə sisteminin qurulmasından keçir”./konkret.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password