Zəngəzurda daha bir gömrük postu quruldu

 

Bu gün 00:00-da Azərbaycan tərəfi sərhəd-gömrük nəzarətinin həyata keçirilməsi üçün Qafan-Çakaten yolunun nəzarəti altında olan hissəsində nəzarət-buraxılış məntəqəsi qurub.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan tərəfi buna cavab olaraq sözügedən yolda sərhəd və gömrük nəzarəti məntəqələri yaradacaq.

O da vurğulanır ki, Qafan-Çakaten yoluna alternativ tras bu ilin sonunadək hazır olacaq.

Qafanın meri Gevork Parsyanın dediyinə görə, azərbaycanlı hərbçilər yolda tikinti işləri aparır, nəzarət-buraxılış və gömrük postu yaradırlar.

Nerkin Hand kənd administrasiyasının rəhbəri Xaçatur Bağdasaryanın sözlərinə görə, kənd sakinləri Qafana getmək üçün Meğri istiqamətindəki yoldan istifadə etməli olacaqlar. Bu isə marşrutu 100 km uzadır: “İndi 10 dəqiqəyə qət etdiyimiz yolu ən azı 3-4 saata getməli olacağıq”.

Gorus-Qafan yolunun əsas hissəsi hərbçilərimizin nəzarətindədir. Ermənilər hazırda Şinuayr-Tatev-Qafan yolundan istifadə edirlər. Ermənilərin “Vorotan” adlandırdıqları Urud, “Şurnux” dedikləri Şurnuxu və “Barsravan” dedikləri Məzrə kəndlərinə isə Ermənistanın digər yerlərindən yalnız off-rouderlərlə getmək mümkündür. Həmin kəndlərə normal yol yoxdur./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password