Videosu yayılan “qazi”nin FIRILDAĞI ORTAYA ÇIXDI – İnsanları belə aldadırmış – VİDEO

 

44 günlük Vətən müharibəsi ilə Azərbaycan qəhrəman övladlarının canı, qanı, sağlamlığı bahasına 30 illik vətən həsrətinə son qoyaraq torpaqlarımızı düşmən tapdağından azad etdi.

Lakin təəssüf ki, bu gün II Qarabağ savaşı bir çox oyunbazların, fırıldaqçıların, dələduzların insanları aldatmaq, onların heysiyyatı ilə oynamaq və bu yolla ehtiyaclarını qarşılamaq, külli miqdarda pul vəsaiti mənimsəmək üçün bir vasitəyə çevrilib. Belə hadisələrdən biri ilə də məhz 10 Noyabr Zəfər Günü ilə əlaqədar Milli Parkda keçirilən konsert proqramı zamanı şahidi olduq. Belə ki, sosial şəbəkələrdə hərbi geyimdə bir şəxsin özünü qazi kimi insanlara sırıyaraq yaratdığı “şou” tədbir izləyicilərinin kamerasına tuş gəldi. Özünü qazi kimi göstərən şəxsin sonradan əslində əlil olmadığı, sağlamlığının yerində olduğu məlum olub./milli.az

Həmin kadrları təqdim edirik:

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password